Milli Məclisin payız sessiyası başa çatdı





Milli Məclisin (MM) 2016-ci ildə sonuncu plenar iclası başa çatıb.

Sherg.az -ın məlumatına görə, spiker Oqtay Əsədov sessiyanı bağlı elan edib.

Sədr payız sessiyası dövründə parlamentin məhsuldar fəaliyyət göstərdiyini bildirib. O bildirib ki, sessiya dövründə 195 qanun və qərar qəbul edilib, parlamentarilər dünyanın 24 ölkəsinə 50-dən çox səfər ediblər: "Millət vəkilləri bir çox ölkələrdə parlament və prezident seçkilərini də izləyib”.

Spiker parlament adından Azərbaycan xalqını və Prezident İlham Əliyevi qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə təbrik edib. Bununla da payız sessiyası başa çatıb.

Anar