Milli Qəhrəman Vəzir Orucovun xatirəsi anılıb
15:42 20.03.2019
Arxiv
550
Azərbaycanın Milli Qəhrəmanı Vəzir Orucovun şəhidlik zirvəsinə ucalmasından 26 il ötür. Bu münasibətlə Tərtər şəhərində Milli Qəhrəmanın xatirəsi anılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Vəzir Orucovun ailə üzvləri və döyüş dostları, rayon ictimaiyyətinin nümayəndələri Tərtər şəhərində Milli Qəhrəmanın barelyefi önünə əklil və gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.
Yeni Azərbaycan Partiyası rayon təşkilatında davam edən tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Milli Qəhrəmanın mənalı həyat və qəhrəmanlıqla dolu döyüş yolundan danışıb. Məlumat verilib ki, Vəzir Orucov 1956-cı ildə Tərtər rayonunun Xoruzlu kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1974-cü ildə Bakı Yüngül Sənaye Texnikumuna daxil olub, təhsilini və hərbi xidməti başa çatdırdıqdan sonra 1984-cü ildən 1992-ci ilə qədər Rusiyanın Arxangelsk vilayətində yaşayıb. Ermənilərin torpaqlarımıza hərbi təcavüzü başlayanda V.Orucov Azərbaycana qayıdıb, "Tərtər” özünümüdafiə batalyonuna yazılıb. 1992-ci ilin sentyabrında Çıldıran kəndi uğrunda gedən döyüşlərdə ağır yaralanıb, tam sağalmamış yenidən cəbhəyə qayıdıb. Ağdərədə gedən döyüşlərdə cəsurluq göstərib, qorxmazlığı ilə döyüş yoldaşlarına nümunə olub. Döyüşlərdəki şücaətinə və komandirlik bacarığına görə batalyon komandirinin müavini vəzifəsinə qədər yüksəlib. Vəzir Orucov 1993-cü il martın 22-də Ağdərə bölgəsinin "Qlobus” yüksəkliyi uğrunda gedən döyüşdə qəhrəmancasına həlak olub. Bakıda Şəhidlər xiyabanında dəfn olunub. 1993-cü il mart ayının 27-də ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Qarabağ müharibəsi veteranlarına, şəhid ailələrinə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışan natiq bildirib ki, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri mənzil və avtomobillərlə təmin olunur. Tərtərdə onlarla şəhid adları daşıyan bulaq, məktəb, bağça, xəstəxana və küçə var. Şəhərin mərkəzi küçələrinə Azərbaycanın Milli qəhrəmanları Vəzir Orucovun, Mübariz İbrahimovun, "Azərbaycan Bayrağı” ordenli Mehrac Mahmudovun, Ədalət Paşayevin, şəhid İlqar Həsənovun, Nicat İsgəndərovun adları verilib.
"Tərtər” özünümüdafiə batalyonunun keçmiş komandiri Pənah Məmmədov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin rayon şöbəsinin sədri Suliddin Yusifov, şəhid atası Telman Hüseynov, keçmiş döyüşçülər çıxış edərək, Milli Qəhrəmanın torpaqlarımızın müdafiəsi uğrunda göstərdiyi şücaətlərdən bəhs ediblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əncirin elmi sübut olunmuş – 3 əsas faydası
04:14 25.08.2026
Sağlamlıq
Haitidə silahlı dəstənin hücumu nəticəsində 42 nəfər ölüb
03:33 25.08.2026
Dünya
Okeanlarda temperatur rekord həddə çatdı
01:01 25.08.2026
Ekologiya
İran və Pakistan Hörmüz boğazının təhlükəsizliyini müzakirə etdi
00:37 25.08.2026
Şou
Tramp Kanadanın rəhbərlərini “kloun” adlandırıb
00:16 25.08.2026
Dünya
ABŞ Suriyanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarıb
23:55 24.08.2026
Dünya
Ana və iki övladı eyni vaxtda tələbə oldu
23:39 24.08.2026
Cəmiyyət
Bələdiyyə sədri CHP-dən istefa verdi
23:11 24.08.2026
Siyasət
ABŞ Suriyanı “qara siyahı”dan çıxardı - Yaxın Şərqdə yeni mərhələ?
22:37 24.08.2026
Gündəm
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi