Millimiz o siyahıda 13 pillə gerilədi - TAM SİYAHI
10:27 14.09.2017
Arxiv
327
FİFA milli komandaların reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, avqustla müqayisədə siyahıda bir sıra dəyişikliklər diqqət çəkir.
Bu dəyişikliklərə DÇ-2018-in seçmə mərhələsinin və baş tutan yoxlama oyunları təsir edib.
Seçmə mərhələdə Norveçə 0:2 hesabı ilə uduzan, ardınca San-Marinonu 5:1 hesabı ilə yenən Azərbaycan yığması böyük xal itkisi ilə üzləşib.
Uğursuz çıxış xal hesabımızı 427-dən 388-ə qədər azaldıb. Buna görə də komandamız mövqeyini də əldən verib. Ötən ay 79-cu olan yığmamız yeni siyahıda 92-ci yerdədi.
13 pillə geriləyən Azərbaycan millisi Syerra-Leoneni keçsə də, Fələstin, Keniya, İraq, Benin, Estoniya, Finlandiya, Kuraçao, Liviya, Qabon, Zambiya, Suriya, Norveç, Kipr və Kabo-Verdedən geri qalıb.
Millimiz və "qonşular”ı
88 (91). Benin – 400
88 (102). İraq – 400
88 (82). Keniya – 400
91 (93). Fələstin - 389
92 (79). Azərbaycan – 388
93 (89). Farer adaları – 384
94 (92). Qvineya-Bissau – 381
95 (81). Konqo – 378
96 (95). Kanada - 368
Dünyanın ən güclü 10 komandasının mövqeyində də ciddi dəyişikliklər baş verib. Yığmamızın qrupda keçirəcəyi son matçdakı rəqibi Almaniya Braziliyanı arxada qoyaraq, FİFA reytinqinin liderinə çevrilib. "Sambaçılar” 2-ci yerə enibsə, Portuqaliya "üçlüy”ə daxil olub.
İlk "onluq”
1 (2). Almaniya – 1606
2 (1). Braziliya – 1590
3 (6). Portuqaliya – 1386
4 (3). Argentina – 1325
5 (9). Belçika – 1265
6 (5). Polşa - 1250
7 (4). İsveçrə - 1210
8 (10). Fransa – 1208
9 (7). Çili – 1195
10 (8). Kolumbiya – 1191
Millimizin DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərindən yalnız San-Marinonun mövqeyi dəyişməz qalıb. Almaniya 1, Şimali İrlandiya 3, Norveç 12 pillə irəliləyib. Çexiya isə 18 addım geri düşüb.
DÇ-2018-in seçmə mərhələsi, Avropa zonası üzrə C qrupu
1 (2). Almaniya – 1606
20 (23). Şimali İrlandiya - 945
58 (40). Çexiya - 630
73 (85). Norveç - 472
204 (204). San-Marino – 10
Qonşu Türkiyə yığması 33-cü yerdən 27-ciyə yüksəlib. "Ay-ulduzlular”ın hesabında 842 xal var.
Qeyd edək ki, növbəti reytinq siyahısı oktyabrın 16-da açıqlanacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hande və CeyLo bir arada
05:05 25.09.2026
Şou
Müasir insanın bu 7 vərdişi onu xəstə edir
04:24 25.09.2026
Sağlamlıq
Azərbaycan daha üç ölkə ilə viza tələblərini sadələşdirib
03:03 25.09.2026
Siyasət
Sin Cinpin və Donald Tramp Ukrayna və Yaxın Şərqi müzakirə edib
01:59 25.09.2026
Dünya
Tiktok bu ölkədə 16,8 milyon dollar cərimə ödəyəcək
01:21 25.09.2026
Texnologiya
Netanyahu: İran hökumətinin süqutu yalnız zaman məsələsidir
00:59 25.09.2026
Gündəm
Türkiyəli nazir istefa verib? - Özü açıqladı
23:55 24.09.2026
Gündəm
Bu bürclər edilən səhvi heç vaxt unutmur - Siyahıda 3 bürc
23:31 24.09.2026
Cəmiyyət
Pakistan və İran liderləri regional vəziyyəti müzakirə ediblər
22:36 24.09.2026
Gündəm
Ərdoğandan Paşinyana mühüm mesaj: Bakı-İrəvan sülhünə dəstək
22:20 24.09.2026
Gündəm
Ərdoğan: Türkiyə iqtisadiyyatına risk yoxdur
21:59 24.09.2026
Gündəm
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual