Minik avtomobili “BakuBus” üçün qəza şəraiti yaradıb və sərnişin yıxılıb - VİDEO
07:34 25.07.2018
Arxiv
398
"BakuBus” MMC-yə məxsus daha bir avtobusun yolunda təhlükəli vəziyyət qeydə alınıb.
Belə ki, 1 nömrəli marşrut xətti üzrə "28 May” metrostansiyasının qarşısından "Neftçilər” metrostansiyası istiqamətində hərəkət edən "BakuBus” MMC-yə məxsus avtobusun yoluna qəflətən minik avtomobili çıxıb. Yol-hərəkət qaydalarını kobud şəkildə pozan minik avtomobilinin sürücüsü avtobus üçün qəza şəraiti yaradıb. Bu zaman avtobusun sürücüsü baş verə biləcək qəzanın qarşısını almaq üçün əyləcdən istifadə edib. Nəticədə avtobusun sərnişini Nataliya Vladimirovna yıxılıb.
Hadisə avtobusun təhlükəsizlik kameraları vasitəsilə qeydə alınıb.
N.Vladimirovna "BakuBus” MMC-yə etdiyi müraciəti nəzərə alınaraq, avtobusda yıxılmasının səbəbləri barədə məlumatlandırılıb.
"BakuBus” MMC bir daha bütün sürücüləri yol-hərəkət qaydalarını pozmamağa, idarə etdikləri nəqliyyat vasitələri ilə avtobusların hərəkətinə mane olmamağa və qəza şəraiti yaratmamağa çağırır.
1 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusun yolunda yaranan qəza şəraiti ilə bağlı görüntünü təqdim edirik:
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Səyahətdən evə daşınan görünməz bağırsaq parazitlərinə diqqət!
15:35 09.09.2026
Dünya
ABŞ ordusu SEPAH-ın iddiasını təkzib etdi
15:16 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm