Minsk qrupu BMT qətnamələrinə uyğun davranmır- ZİDDİYYƏT
10:30 09.12.2016
Arxiv
645
Ermənistan danışıqlardan yayındığı üçün ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən qınanmalıdır.
Bunu Sherg.az-a Ermənistanın destruktiv mövqeyi nəticəsində Dağlıq Qarabağa dair 2+3 formatında görüşün baş tutmamasına münasibət bildirərkən politoloq Elçin Mirzəbəyli söyləyib.
O, diqqətə çatdırıb ki, daha əvvəl Fransanın xarici işlər nazirinin təşəbbüsü ilə 3+2 formatında danışıqlar keçirilməsi nəzərdə tutulmuşdu. Lakin Ermənistan hər zaman olduğu kimi bu danışıqlardan qaçdı və görüş keçirilmədi:
"Buna baxmayaraq, ATƏT-in bəyanatlarında Ermənistan rəhbərliyinin bu destruktiv mövqeyi qeyd olunmur. Həmsədrlər subyektiv şəkildə bunun Ermənistan tərəfindən pozulmasını danışmırlar. ATƏT-in bu məsələdə ciddi addımlar atmaması da məhz Ermənistanın dəfələrlə danışıqlardan yayınmasına səbəb olur. Həmçinin Minsk qrupu həmsədrləri münaqişə tərəfləri ifadəsi işlədir ki, bu da Ermənistanın mövqeyinə xidmət edir. Bu format da düzgün deyil. İşğalçı və işğala məruz qalan tərəf ifadələri işlədilməlidir. ATƏT insidentlərin araşdırılması, mexanizmin yaradılması məsələsində də qeyri-düzgün bəyanat səsləndirir.
Bu atəşkəs rejiminə nə dərəcədə əməl olunmaması barədədir. Atəşkəsin ümumiyyətlə, imzalanması və pozulması da işğal faktından qaynaqlanır. Ermənistan Azərbaycan ərazilərini işğal etməsəydi, bu kimi halların mövcudluğu da olmayacaqdı. İndiki vəziyyətdə Ermənistanın münaqişənin tənzimlənməsində pozuculuq fəaliyyətinin aradan qaldırılması üçün ATƏT-in Minsk qrupunun həmsədrləri Birləşmiş Millətlər Təşkilatının (BMT) qətnamələrinə uyğun addımları atmalıdırlar. Çünki, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri kimi qətnamələrə səs veriblər. Bu baxımdan ATƏT-in Minsk qrupunun Ermənistan haqqında ölçü götürməməsi ədalətli deyil. Verilən bəyanatlarda rəsmi İrəvanın danışıqlardan yayınması məsələsi gündəmə gətirilməlidir”.
Qeyd edək ki, Ermənistanın destruktiv mövqeyi nəticəsində Hamburqda, Dağlıq Qarabağa dair 2+3 (Azərbaycan, Ermənistan + Rusiya, ABŞ, Fransa) formatında görüş baş tutmayıb.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"İmişli" klubu məşqçisi və şef-skautu ilə yollarını ayırdı
19:24 08.10.2026
Futbol
II Qareginin qardaşı və qardaşı oğlu təqsirli biliniblər
19:17 08.10.2026
Cənubi Qafqaz
HƏMAS-ın hərbi qanadının komandiri öldürüldü
19:09 08.10.2026
Dünya
BMT-nin ölkəmizdəki Rezident Əlaqələndiricisi ilə görüş keçirilib
18:35 08.10.2026
Gündəm
Beynəlxalq səyyahlar Ağdamda olublar - YENİLƏNİB
18:30 08.10.2026
Sosial
Türkiyənin F-35 proqramına qayıtması mümkündür - Hərbi ekspert
18:10 08.10.2026
Gündəm
Abbas Əraqçi: ABŞ-dən təkliflər almışıq, tezliklə cavab verəcəyik
18:01 08.10.2026
Aktual
Zaxarovanın sözləri Almaniyaya təhdid mesajıdır - POLİTOLOQ
17:53 08.10.2026
Siyasət
Pezeşkian Xəzər dənizi ilə bağlı xəbərdarlıq etdi
17:35 08.10.2026
Cəmiyyət
Türkiyə husilərə hücum edəcək? - Hakan Fidan açıqladı
16:54 08.10.2026
Gündəm
Bakıda “Türkiyə-Azərbaycan Dostluq Konserti” keçiriləcək
16:53 08.10.2026
Mədəniyyət
Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb
16:35 08.10.2026
Hadisə