MŞ sədri KİV haqqında qanuna edilən dəyişiklikdən danışdı
16:25 01.12.2017
Arxiv
708
"İnternet resursları da kütləvi informasiya vasitələri sayılır. Onlar da müəyyən məsələlərdə öz fəaliyyətlərini məhdudlaşdıra bilər”.
Bu barədə "Sherg.az”a "Kütləvi İnformasiyalar haqqında” qanuna edilən dəyişiklikləri izah edərkən Mətbuat Şurasının (MŞ) sədri, millət vəkili Əflatun Amaşov danışıb. O xatırladıb ki, İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında qanuna internet resursları ilə bağlı bənd əlavə olundu:
"İnternetlə əlaqədar, eyni zamanda operator, provayder və digər vasitələrlə bağlı qanunvericilik aktı təkmilləşdirildi. Həmin vasitələrin səlahiyyətləri də dəqiqləşdirildi. Yayılması qadağan edilən informasiyalar onların vasitəsilə siyahıya salınır, siyahıdan çıxarılırsa, o zaman provayderlərin qanun pozuntuları, cəzaları dəqiqləşdirilir. Bütün bunlar İnzibati Xətalar Məcəlləsində öz əksini tapıb
Bu gün KİV haqqında qanuna edilən dəyişikliklərdə əsas məqsəd odur ki, doğrudan internet üzərindən yayımlanan informasiyaları ciddi xəbər hesab ediriksə, qanunvericiliyin baza hissəsinə əlavələr olunmalıdır. Qanunun 19-cu maddəsinə görə, dövlət sirrini yaymaq, dövlətin bütövlüyünə qəsd etmək, müharibə zorakılıq, terrorizm sayağı çağırışlar etmək olmaz. Bu maddələrə internet resurslarında yayılması qadağan edilən informasiyalar da salındı. 19-1-ci bəndə əsasən internet informasiya resurslarına müraciətin nə zaman məhdudlaşdırılması əksini tapdı. Burada göstərilir ki, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanun əsas götürülür. Müəyyən məqamlar var. İnformasiya yanlışdırsa, terrorizmlə, qanunda qadağan olunmuş məsələlərlə bağlı informasiyalar yer alırsa, onların xəbər portallarından çıxarılması gündəmə gəlir. Bunu isə internet provayderlər həyata keçirir. Qanunvericilikdə bu yazıların 8 saata çıxarılması, müəyyən müddətə araşdırılması, qarşı tərəfin 5 gün müddətində məsələyə baxılma və s. nəzərdə tutulur.
Çıxış edərkən bildirdim ki, dünyanın hər yerində bundan istifadə olunur. Doğrudan da internet resurslarını KİV hesab ediriksə, onlar bütün qanunlara tabe olmalıdır”.
Qeyd edək ki, Milli Məclisin bu gün keçirilən iclasında "Kütləvi İnformasiyalar haqqında” qanuna dəyişikliklər müzakirə edilib. 10-cu maddəyə (Kütləvi informasiya azadlığından sui-istifadənin yolverilməzliyi) ediləcək dəyişikliklərdə göstərilib ki, Azərbaycan qanunvericiliyi ilə qorunan sirləri, habelə yayılması qadağan edilən digər informasiyanı yaymaq, mövcud konstitusiyalı dövlət quruluşunu zorakılıqla devirmək, dövlətin bütövlüyünə qəsd etmək, müharibəni, zorakılığı və qəddarlığı, milli, irqi, sosial ədaləti, yaxud dözülməzliyi təbliğ etmək, mötəbər mənbə adı altında vətəndaşların şərəf və ləyaqətini alçaldan şayiələr, yalan və qərəzli yazılar, pornoqrafik materiallar çap etdirmək, böhtan atmaq, yaxud digər qanunazidd əməllər törətmək məqsədi ilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilmir. Həmçinin qanuna yeni 19-1-ci maddə əlavə edilir.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət
Nunes: Rusiyadan gələn təhlükə realdır
18:02 21.09.2026
Dünya
Cevdet Yılmaz Azərbaycan səfirini qəbul edib
17:50 21.09.2026
Gündəm
Tonqaldan atlanmaq zərdüştiliyin adəti deyil - Həsən Həsənov
17:49 21.09.2026
Gündəm
Cəlilabadda açıq ərazi yanır - FOTO
17:35 21.09.2026
Hadisə
Bankın süni intellekt köməkçisi müştərini təhqir etdi - FOTO
17:32 21.09.2026
Texnologiya