MTRŞ sədri: "Reytinq ölçən təşkilatlar qeyri-şəffafdır"
13:19 22.08.2017
Arxiv
329
"Telekanalların reklam probleminin həlli ölkədəki iqtisadi inkişafla bağlı məsələdir. Ancaq bizim də üzərində çalışdığımız müəyyən layihələr var. Reytinq ölçən təşkilatların fəaliyyətindəki qeyri-şəffaflıq, qeyri-sağlam münasibətlər bizi narahat edir. Çünki həmin reytinq ölçən təşkilatlar daha çox şou-bizneslə bağlı verilişlərə üstünlük verir, daim onları reytinqli göstərirlər”.
Lent.az-ın "Report”a istinadən xəbərinə görə, bu sözləri Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli deyib. O bildirib ki, bu ölçmənin kim tərəfindən, hansı təbəqə arasında aparılması da sual altındadır: "Axı onların işi necə apardıqlarını heç kəs bilmir. Adi bir otaqda oturmaqla özləri də bu məlumatları çox asanlıqla verə bilərlər. Heç kəs onları yoxlamır, fəaliyyətlərinə nəzarət etmir, hansı insanlar arasında sorğuların keçirildiyi bilinmir. Biz bununla bağlı müəyyən işlər görürük və gələcəyə hesablanmış planlarımız, məqsədlərimiz var”.
MTRŞ sədrinin sözlərinə görə, Azərbaycanda AGB (Nielsen Media Research) adlı təşkilat reytinq ölçürdü, lakin rəqəmsal yayıma keçdikdən sonra bu iş arxa plana keçib: "Onlar az vəsait qoymaqla böyük gəlir əldə etməyə çalışırlar. Bu da doğru deyil. Onlar rəqəmsal yayıma keçdikdən sonra piplmetrlərin sayını artırmalıdırlar. Bakı şəhərində əvvəlki illərdə 200, ölkənin digər rayonlarında da 200 piplmetrlə reytinq ölçürdülər. Bununla da reklamı bölüşdürürdülər. Amma rəqəmsal yayıma keçdikdən sonra bu proses tamamilə azaldı, çünki onlar analoq yayım üzrə ölçmə işini aparırdılar. İndi rəqəmsal yayım yalnız kabel şəbəkələri üzərindən həyata keçirilir. Kabel şəbəkələri da bütün ölkəni əhatə etmir. Yalnız Bakı şəhərində, Sumqayıt və Gəncədə var.
Ona görə də bunların reytinq ölçmələrində problemlər mövcuddur. Bu problemləri görürük və bununla bağlı müraciətlərimiz var”.
Qurum rəhbəri adıçəkilən şirkətin fəaliyyətini də tənqid edib: "Təəssüf ki, AGB təşkilatı Azərbaycanda öz üzərinə düşən məsuliyyəti dərk etmir və lazımi investisiyanı qoymaq istəmir. Bu işi Azərbaycanın öz sərmayəsi ilə görmək istəyirlər. Ümumiyyətlə, bu cür təşkilatlar yalnız bizdə deyil, başqa ölkələrdə də böyük problemlər yaradıblar. Ona görə də tez-tez həmin təşkilatları dəyişirlər. Biz də çalışacağıq ki, bu sahədə müsbət istiqamətdə müəyyən dəyişikliklər olsun”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Millətlər Liqası: Fransa Türkiyəni məğlub edib
02:57 26.09.2026
Futbol
Keti Perri Bakıda bayrağımızı dalğalandırdı
01:59 26.09.2026
Şou
Azərbaycan və Seneqal arasında memorandum imzalanıb
01:20 26.09.2026
Siyasət
İran ABŞ-yə Hörmüz boğazı ilə bağlı yeddi günlük plan təqdim edib
00:58 26.09.2026
Gündəm
Hakan Fidan ABŞ-da Abbas Əraqçi ilə görüşüb
00:40 26.09.2026
Region
Dünya ulduzunun Rusiyadakı konsertləri ləğv edildi
23:13 25.09.2026
Şou
Bu ölkədə benzin rekord qiymətə qalxdı
22:41 25.09.2026
Dünya
Putin: Rusiya Avropa ilə hərbi əməliyyatlara hazırlaşmır
21:49 25.09.2026
Aktual
Ərdoğan BMT-də Netanyahuya ad çəkmədən mesaj verdi
21:33 25.09.2026
Gündəm
Ermənistan-Rusiya münasibətləri daha da pisləşə bilər - Politoloq
21:30 25.09.2026
Siyasət
Putin Si Cinpin və Trampın danışıqları barədə: “Qısqanmıram”
21:09 25.09.2026
Dünya
Çətir və gödəkçələri hazırlayın: 7-8 gün yağış yağacaq
20:42 25.09.2026
Ekologiya
Rusiya ordusu Kiyevə zərbə endirdi: ölənlər var
20:37 25.09.2026
Gündəm
Azərbaycanın U-21 millisi Çexiya millisi ilə heç-heçə etdi
20:29 25.09.2026
Futbol