Mübariz Mənsimov azərbaycanlı milyarderdən bu qədər sərvət tələb edir
11:00 27.09.2017
Arxiv
631
"Palmali Holding" ikinci dəfə "Lukoil" şirkətinin törəmə müəssisəsi olan "Litasco"nu məhkəməyə verməyə hazırlaşır. "APA-Economics" xəbər verir ki, bunu "Anadolu" agentliyinə açıqlamasında "Palmali Holding"in rəhbəri Mübariz Mənsimov bildirib.
Onun sözlərinə görə, "Palmali Holding" "Litasco"dan 2 mlrd. dollar məbləğində təzminat tələb edir: "Biz iyulun 17-də London Ali Arbitraj Məhkəməsinə müraciət edərək "Litasco"dan 2 mlrd. dollar təzminat tələb etmişik. Öz növbəsində "Lukoil" bundan qorxuya düşüb və "Litasco"nu sataraq ondan canını qurtarmaq istəyir. Bu, saxtakarlıqdır".
M. Mənsimov əlavə edib ki, 2005-ci ilin yanvarın 18-də "Palmali Holding" və "Litasco" arasında 10+5 illik müqavilə imzalanıb. Sənədin şərtlərinə əsasən, "Palmali Holding" "Litasco"dan 440 mln. dollarlıq gəmi almalı idi. "Lakin "Litasco" müqavilənin şərtlərini pozduğuna görə, "Palmali Holding" 4 mlrd. dollarlıq zərərlə üzləşib. 2015-ci ildə hər iki şirkət yenidən danışıqlar masasına əyləşdi. Lakin qarşı tərəfin irəli sürdüyü şərtlərin, müddəaların heç bir hüquqi əsası yox idi. Buna baxmayaraq, "Lukoil" qanunsuz əsasları birjaya qanuni kimi təqdim edib. Məqsəd isə "Litasco"nu yaxşı qiymətə satmaq, paralel olaraq şirkətin səhmlərinin ucuzlaşmamasına nail olmaq idi. Ancaq "Palmali Holding" bəyan edir ki, yeni müqavilənin bəzi müddəaları qanunsuzdur, bu səbəbdən də biz "Litasco" ilə yeni müqavilə imzalamamışıq. London Ali Arbitraj Məhkəməsi daxil olan şikayət üzrə 8 ay ərzində araşdırma aparır. Bundan sonra, əgər ortada qanunsuzluq varsa, məhkəmə çəkişməsinin başlanmasına icazə verir", - deyə iş adamı vurğulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya