Müdafiə Nazirliyi "Azneft” İstehsalat Birliyinin dalğıclarını təltif edib - Foto


“Azneft” İstehsalat Birliyinin Dalğıc Xidmətinin dalğıcları qəzaya uğramış Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 qırıcı təyyarəsinin və pilotun axtarışı, tapılması və dənizdən çıxarılmasında yüksək peşəkarlıq nümayiş etdiriblər.
"Sherg.az" xəbər verir ki, qarşıya qoyulmuş tapşırıqların yerinə yetirilməsində yüksək fədakarlıq göstərərək fərqlənən dalğıclar müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələri komandanı, general-leytenant Ramiz Tahirovun müvafiq əmri ilə Fəxri fərmanlarla təltif ediliblər.Bu münasibətlə Dalğıc Xidmətində Fəxri fərmanların təqdim oluması mərasimi keçirilib. “Azneft” İB-nin baş direktorunun müavini Əlimusa Quliyev Fəxri fərmanları dalğıclara təqdim edib.Qeyd edək ki, iyulun 24-də Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 qırıcı təyyarəsi gecə vaxtı təlim-məşq uçuşları keçirən zaman radarlardan itib və qəzaya uğrayıb. Xəzər dənizinə düşən təyyarə uzun sürən axtarışlardan sonra tapılıb, qalıqları və pilotun nəşi dənizdən çıxarılıb.