"Kifayət qədər əmlakı olan müəllimlər tanıyıram. Onlar halal yolla pul qazanıblar"
Müəllimlik dəbə minir
09:19 19.10.2018
Arxiv
484
"Azərbaycanda özəl kurslar və repetitorlar fəaliyyət göstərir. Bacarığı olan istənilən müəllim özünü təmin edə bilir"
"Kifayət qədər əmlakı olan müəllimlər tanıyıram. Onlar halal yolla pul qazanıblar"
"Kifayət qədər əmlakı olan müəllimlər tanıyıram. Onlar halal yolla pul qazanıblar"
Statistik göstəricilərə əsasən ötən illərlə müqayisədə müəllim işləmək arzusunda olanların sayında 3 dəfə artım müşahidə olunub. Ali məktəblərə sonuncu qəbul imtahanında 500 və daha artıq bal toplayan abituriyentlər arasında 2090 nəfər müəllim peşəsini seçib.
Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun direktoru Vəfa Yaqublu bildirib ki, Prezident İlham Əliyevin 24 oktyabr 2013-cü il tarixli sərəncamı ilə təsdiq edilən "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın qəbulundan ötən 5 il ərzində təhsil sahəsində müsbət dinamika müşahidə olunub. Onun sözlərinə görə, strategiya müəllim peşəsinin ictimai nüfuzunun artırılmasında xüsusi rol oynayır.
Son zamanlar müəllimlərin əmək haqlarında artımlar müşahidə olunur. Xüsusilə, diaqnostik qiymətləndirmədən sonra müəllimliyə olan maraq çoxalıb. Bəs, ekspertlər bu barədə nə düşünür? Müəllimlik peşəsinə stimulun yaranma səbəbi maaşların artmasıdır, yoxsa burda başqa amillər var?
Mövzu ətrafında fikirlərini "Şərq”lə bölüşən təhsil üzrə mütəxəssis Nabatəli Qulamoğlu müəllimlik peşəsinə olan marağın artan tendensiya üzrə olduğunu təsdiqlədi. Ekspert müəllimliyə marağın artma səbəbini diaqnostik qiymətləndirmədən sonra maaşların çoxalmasında görmür. Mütəxəssisin fikrincə, müəllimlərin maaşında o qədər də ciddi artımlar yoxdur:
"Diaqnostik qiymətləndirmədən sonra müəllimlərin əmək haqqı necə və hansı inflyasiya şəraitində artdı, bunu hamı yaxşı bilir. Çünki diaqnostik qiymətləndirmə zamanı Azərbaycan manatı 2 dəfə devalvasiyaya məruz qaldı. Bunun nəticəsində müəllimlərin maaşı əvvəlki kimi oldu. Əmək haqqı artmadı, əksinə, bir az da azaldı.
Həqiqətən də əmək haqqı artsaydı, onda orta məktəblərdə müəllimlərin yaxşı dərs dediyinin, şagirdlərin isə yüksək nəticələr göstərdiyinin şahidi olardıq”.
N.Qulamoğlu bildirib ki, abituriyentləri pedaqoji sahəyə yönləndirən əsas səbəb onların halal pul qazanaraq müəllim işləməyi daha üstün tutmalarıdır:
"Azərbaycanda özəl kurslar və repetitorlar fəaliyyət göstərir. Bacarığı olan istənilən müəllim özünü təmin edə bilir. Özünün ya da şagirdin evində məşğul olur, yaxud hansısa məkanı icarəyə götürür və şagirdləri hazırlaşdırır. Kifayət qədər əmlakı olan müəllimlər tanıyıram. Onlar halal yolla pul qazanıblar.
Necə deyərlər, "sürünə-sürünə” əldə etdikləri biliklərini "satıblar”. Burada heç bir qəbahət yoxdur. Düzdür, bəziləri deyir ki, repetitorluq ləğv edilsin. Əvvəlcə dövlət sektorunu qaydaya salsınlar və görsünlər sonra repetitorluq ləğv olunur, ya yox? Orta məktəblərdə şərait yaratmaq lazımdır. İndi abituriyentlər rüşvətxor məmur, hakim olmaqdansa, halal zəhmətlə repetitorluq edib ailəsini dolandırmağı şərəf bilir. Müəllimliyə olan əsas maraq bu düşüncədən gəlir”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya
Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edildi
18:36 28.10.2026
Gündəm
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişib
18:17 28.10.2026
Gündəm
Azərbaycan və Tacikistan Məkkə Konvensiyasını imzalayıb
18:04 28.10.2026
Gündəm
Azərbaycanda aliment artırılacaq
17:57 28.10.2026
Sosial
TRIPP Ermənistanın sülhə gedən yolunu qısaldır - ŞƏRH
17:36 28.10.2026
Cənubi Qafqaz
Azərbaycan və BƏƏ arasında “Yol Xəritəsi” imzalandı
17:20 28.10.2026
Gündəm