Mühafizə gücləndirilməlidir
09:29 14.10.2018
Arxiv
856
Hər gün məktəbə gedən minlərlə uşağın çantasını bir-bir yoxlamaq mümkün deyil
76 nömrəli məktəbdə şagirdin bibər qazı püskürtməsi cəmiyyətdə ciddi narahatlığa səbəb olub. Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis bölməsinin əməkdaşları tərəfindən bu hadisə hər şeylə maraqlanan məktəbli oğlanın şıltaqlığının nəticəsi kimi dəyərləndirilsə də, valideynlər övladlarının təhlükəsizliyi ilə bağlı ciddi narahatlıq keçirir.
Xatırladaq ki, oktyabrın 10-da 9 nəfər 6-cı sinif şagirdi Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə aparılıb. Məktəblilərdən biri sinifdə içərisində bibər qazı olan balonu püskürtdükdən sonra uşaqlar arasında təlaş başlayıb. Nəticədə 1-i oğlan, 8-i qız olmaqla 9 uşaq xəstəxanaya aparılıb. Həkimlər uşaqları müayinə ediblər və onlarda toksiki zəhərlənmə halı aşkarlanmayıb.
Onlarda sadəcə təngnəfəslik, kəskin ürək döyüntüsü və isterik nevrozun əlamətləri qeydə alınıb. Məktəbə qaz balonunu gətirən 6-cı sinif şagirdi A.B. etiraf edib ki, qaz balonunu ona anası verib. Məktəbdə M.M. adlı uşaq balonun necə işlədiyinə baxmaq üçün onu A.B.-dən istəyib. Sonra balonu ələ keçirən M.M. sinifdə onu yoldaşlarının üzərinə püskürdüb. Asayiş keşikçiləri baş verən hadisənin günahkarları ilə maarifləndirici söhbət aparıblar. Məktəb rəhbərliyinə də təlimat verilib ki, gələcəkdə ehtiyatlı olsunlar və uşaqların təhlükəli əşyaları məktəbə gətirməmələri üçün onların çantalarını yoxlasınlar.
Məktəblərdə uşaqlara nəzarətin düzgün həyata keçirilmədiyini təəssüflə vurğulayan təhsil eksperti Məlahət Mürşüdlünün fikrincə, şagirdlərin çantalarını yoxlamaqla təhlükəsizliyi təmin etmək mümkün deyil:
"Əsas məsələ hüquq-mühafizə orqanlarının üzərinə düşür. 6-cı sinif şagirdi tam yetkin yaşına çatmayan uşaqdır. Gələcəkdə hansısa terrorçular uşaqdan istifadə edərək öz çirkin niyyətini məktəbdə həyata keçirmək istəyə bilər. Ona görə də bütün bunlara ciddi nəzarət olunmalıdır. Hər bir şagirdin çantasının mühafizəçi və məktəb direktoru tərəfindən açılıb yoxlanması mümkün deyil”.
Sabah-birigün çantaya qumbara qoyulması ehtimalını istisna etməyən ekspertə görə, şagird məktəbdə qumbara da partlada bilər.
Məktəblərdə təhlükəsizliklə bağlı həyəcan təbili çalan M.Mürşüdlü hesab edir ki, uşaqlar arasında maarifləndirmə işi aparılmalıdır: "Onlara başa salınmalıdır ki, küçədə tanımadığınız insanlar nə verdi almayın, onu məktəbə gətirməyin. Eyni zamanda bu cür halların qarşısının alınması üçün standart bir forma var. Məktəbdə mühafizə gücləndirilməlidir. Xüsusən də, tənəffüz zamanı dəhlizlərdə növbətçi müəllimlər olmalıdır. Onlar bu zaman şagirdlərin davranışına nəzarət etməlidir. Əks halda, daha ağır nəticələrin şahidi ola bilərik”.
Özünümüdafiə məqsədi ilə bibər qazının daşınması və satılmasının leqal olduğunu vurğulayan sosioloq Lalə Mehralı buna rəğmən uşaqların onu daşımasının doğru olmadığını deyib:
"Necə ki, xoşagəlməz nəticəsini gördük. Valideyn bibər qazını uşağına verməkdənsə, bir qədər araşdırıb o vatsap yazışmalarının yalan olduğunu öyrənə, boşuna panika yaratmaya bilərdi. Bu ölkədə minlərlə uşaq məktəbə gedir, hər gün onların çantasını bir-bir yoxlamaq mümkün deyil. Gərək hər məktəbin qapısına bir təhlükəsizlik cihazı yerləşdirilsin, uşaqlar ondan keçirilsin, bu isə sağlam fikir deyil. Uşaqlar məktəbdə özlərini güvəndə hiss etməlidir, əgər təhlükəsizlik cihazı quraşdırılsa, onlar təhlükə barədə düşünəcək, narahat olacaqlar. Bu məsələdə valideynlə məktəb əlbirliyi vacibdir. Valideynlər məktəbə, məktəb də valideynə etibar etməlidir”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-da nüvə obyektində yanğın və radiasiya sızması baş verib
07:15 29.10.2026
Gündəm
Serbiya Radio və Televiziyasının baş direktoru istefa verib
00:57 29.10.2026
Dünya
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya