"Münaqişənin həlli Azərbaycan xalqının iradəsindən asılıdır”- Sabiq XİN başçısı






"Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycan xalqının iradəsindən asılıdır”.

Bunu "Sherg.az”a Avropa İttifaqının büdcə və insan resursları üzrə komissarı Günter Ottingerin "Rusiyasız münaqişənin həlli mümkün deyil” fikirlərinə münasibət bildirərkən tanınmış diplomat, sabiq xarici işlər naziri Tofiq Zülfüqarov söyləyib. 

O, xarici diplomatın fikirləri ilə razılaşmadığını vurğulayıb:

"Belə bəyanatlar Azərbaycan xalqını, ictimaiyyəti çaşdırmaq üçün ortaya atılır. Xalq olaraq, ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa etmək istəyimiz hər zaman qalır və buna qadirik. 

Dağlıq Qarabağ münaqişəsinin həllinin hansısa kənar dövlətdən asılı olması barədə fikirlər isə həqiqəti əks etdirmir. Qeyd etdiyim kimi, Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycan xalqının əzmindən asılıdır. Kənardan səsləndirilən fikirlər isə həmin diplomatların şəxsi yanaşmasıdır”.

Qeyd edək ki, G. Ottinger ADA Universitetində tələbələrin suallarını cavablandırarkən Dağlıq Qarabağ münaqişəsi haqqında fikirlərini ifadə edib.

Aysel Aslan