Müsavatda növbəti qalmaqal





Müsavat Partiyasında növbəti qalmaqal baş verib.

ONA-nın məlumatına görə, Müsavat Partiyasının Divan üzvü Yadigar Sadıqlı partiyanın başqanı Arif Hacılını ona qarşı kampaniya təşkil etməkdə ittiham edib.

Y.Sadıqlı "Facebook” sosial şəbəkəsindəki səhifəsində yazıb ki, Müsavat Partiyası üzvlərinin qapalı qrupunda başqan Arif Hacılının xeyir-duası ilə onu satqın, öyrədilmiş, Müsavatı parçalayan elan etmək uğrunda yarış gedir: "Kimlərin etdiyini soruşmayın, əksəriyyətini heç tanımazsınız”.
Y.Sadıqlı ONA-ya məsələ barədə əlavə açıqlama verməyəcəyini bildirib.