Müsbət cavab aldı: Prezident aktyor üçün elçilik etdi




 
Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğan aktyor Murad Yıldırım üçün elçilik edib.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, prezident xanımı Əminə Ərdoğan ilə "Esenyurd hava limanı”nda olarkən aktyor və mərakeşli sevgilisi İmanə Elbani ilə qarşılaşıb.
Bu an Muradın sevgilisi atasına görüntülü zəng vurub. Fürsətdən istifadə edən Rəcəb Tayyib Ərdoğan "qız istəmə mərasimi”ni yerinə yetirib və adət-ənənəyə uyğun olaraq "Allahın izni" ilə İmanəni Murat üçün atasından istəyib.
Prezidentə müsbət cavab verilib.