Nailə İslamzadəyə ağır itki üz verib




Keçmiş diktor Nailə İslamzadənin ailəsinə ağır itki üz verib. 

Bu barədə Sherg.az-a N.İslamzadənin özü bildirib. 

Məlumata görə, xanım diktorun qardaşı Vaqif Uluxanov dünyasını dəyişib: 

"Qardaşım bir müddətdir xəstəliyə tutulmuşdu. Başında şiş yaranmışdı. Bu səbəbdən dünyasını dəyişdi. Həqiqətən qardaş itkisini ağır olur. Xəstəliyinin olduğunu bilsək də ölümünü qəbul etmək çətindi.»
Məlumat üçün bildirək ki, N. İslamzadənin qardaşı 56 yaşında dünyasını dəyişib.

Allah rəhmət eləsin!

Tahirə