Navalnı Nemtsov kimi sərt deyil
10:23 30.03.2017
Arxiv
490
Rusiyada etirazların hədəfi dövlət başçısı Putin yox, hökumət başçısı Medvedyevdir
Martın 26-da müxalifət fəalı Aleksandr Navalnının təşəbbüsü ilə Rusiyanın bir neçə iri şəhərində korrupsiya əleyhinə etiraz aksiyaları keçirilir. Aksiyaların çoxu yerli hakimiyyət orqanları ilə razılaşdırılmayıb. Polis aksiyaya sərt reaksiya verib və 1500 adam saxlanılıb, eyni zamanda aksiyanın arxasındakı şəxs kimi qələmə verilən müxalif lider Aleksandr Navalnı da Moskvada antikorrupsiya əleyhinə keçirilən etiraz aksiyasında saxlanılıb.
Ehtimallar var ki, Navalnı da bir müddət əvvəl öldürülən Rusiya müxalifətinin tanınmış liderlərindən olan Boris Nemtsov kimi da sui-qəsdə məruz qala bilər.
Görəsən, deyilənlər nə dərəcədə real ola bilər? Rusiya hökuməti müxalifət liderlərinə qarşı öldürücü zərbə vurar?
Məsələ ilə bağlı "Şərq”ə açıqlama verən İctimai Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin sədri, kriminalist-ekspert İlqar Altay Rusiyada hökumətlə narazı elektorat arasındakı gərginliyin artıq yetişdiyini deyib:
"Düzdür, ölkənin bir neçə iri şəhərlərində müxalifət etirazlara başlayıb. Amma aksiyalar elə bir həddə catmayıb ki, müxalifətin kəskin itaətsizliyi və hökumətin də sərt addımları səviyyəsində olsun. Oradakı etirazların hədəfi dövlət başçısı Putin yox, hökumət başçısı Medvedyevdir. Yəni gərginliyə səbəb siyasi hədəflər deyil, korrupsiyadır. Konkret olaraq söhbət hakimiyyətin tamam yox, hissəvi dəyişikliyindən gedir. Ona görə də hansısa kəskin proseslərin olması gözlənilən deyil. Hesab edirəm ki, indiki situasiyada qarşılıqlı anlaşma əldə oluna bilər”.
Navalnının hakimiyyətə, xüsusən də Putinə qarşı Nemtsov kimi sərt və kobud mövqedə olmadığını vurğulayan İ.Altayın sözlərinə görə, o, öz işini və fəaliyyətini daha çox beynəlxalq aləmlə aparır. Həm də kifayət qədər tədbirli və ehtiyatlı şəkildə:
"Həm bu faktora görə, həm də Nemtsova edilən sui-qəsddən sonra Navalnının da sui- qəsdə məruz qalmasını Putin hakimiyyəti heç bir çeçen və ya digər bir faktorla izah edə bilməyəcək və bu ölüm bütün dünya qarşısında biabırçı hal kimi Rusiya hakimiyyətinin boynunda qalacaq. Zənnimcə, Rusiya hakimiyyəti belə bir riskə getməməlidir”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ASELSAN Naxçıvanda zavod açacaq
18:45 30.09.2026
Siyasət
“Real”ın müdafiəçisi əməliyyat olunacaq
18:19 30.09.2026
Futbol
İranın Gürcüstandakı səfiri XİN-ə çağırıldı
17:57 30.09.2026
Region
Kərim Vəliyevlə İran generalı hərbi əlaqələri müzakirə ediblər
17:33 30.09.2026
Gündəm
Azərbaycanda “SİQR” pilotsuz quru robotu istehsal edilib - FOTO
17:02 30.09.2026
Hərbi
Tiflisdə Heydər Əliyevin büstünü zədələyən erməni tutuldu
17:01 30.09.2026
Gündəm
MDB xarici işlər nazirləri Şurasının iclası keçiriləcək
16:58 30.09.2026
Gündəm
Ombudsmanın aylıq maaşı 12 minə qaldırılır
16:51 30.09.2026
Gündəm
Hərbçilərin maaşı artırılır
16:49 30.09.2026
Sosial
İşçinin əli aparatda qaldı, 3 barmağı amputasiya olundu
16:39 30.09.2026
Hadisə
Dövlət qulluqçuları ilə bağlı qanun ilk oxunuşdan keçdi
16:28 30.09.2026
Gündəm
Pensiyaların indeksasiya mexanizmi təkmilləşdirilir
16:26 30.09.2026
Sosial
Erməni bacılar Bakıya gəldi - VİDEO
15:43 30.09.2026
Cəmiyyət
KİV: Dubaydan Təl-Əvivə uçan daha bir sərnişin təyyarəsi geri dönüb
15:12 30.09.2026
Dünya
DTX tərəfindən saxlanılan Saleh Səmədova cəza istənilib
15:02 30.09.2026
Hadisə