
“Nazarbayev imkan verməyəcək ki, yeni prezident ölkənin xarici siyasət kursunu dəyişsin” - Aktual
07:38 21.03.2019
Arxiv
563
"Qazaxıstan prezidenti Nursultan Nazarbayevin xarici siyasəti mövcud reallıqlara uyğun idi. Qazaxıstan Nazarbayevin prezident kürsüsündə oturduğu 28 ildə sözdə (oxu: zorən) Rusiyanın strateji müttəfiqi olarkən bir çox istiqamətlərdə fəal siyasət yürüdür, Çin, ABŞ və Avropa ilə də sıx əlaqələr qurmuşdu. Nazarbayev son illər milli siyasətə də önəm verir, latın qrafikasına keçmiş, türkçülük ideologiyasının inkişafına diqqət yetirir, ölkə tarixinin öyrənilməsinə diqqət yetirirdi”.
Bunu "Sherg.az”a "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu N.Nazarbayevin istefasına Azərbaycan nöqteyi-nəzərdən dəyərləndirərkən deyib.
Ekspert qeyd edib ki, bu illərdə Qazaxıstanla Azərbaycan arasında da sıx əlaqələr formalaşmış, regional layihələrdə ortaqlıq mövcuddur:

"Nursultan Nazarbayev bir neçə dəfə Azərbaycana səfər etmiş, ölkəsi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olmasına baxmayaraq, Azərbaycanın ərazi bütövlüyünə real dəstək verir, İrəvanın Qarabağ separatçılarını Avrasiya İqtisadi Birliyi çərçivəsində iqtisadi fəallıqla bağlı təxribatlarının qarşısını alırdı.
Nazarbayev yaşına və ağlına görə, türk dünyasının ağsaqqalı sayılır. Nazarbayevin yerinə prezident kürsüsünə kim gələcəksə, onun da Azərbaycanla sıx əməkdaşlığını arzulayırıq. Əsas odur ki, Astananın Cənubi Qafqaz siyasətində ciddi korrektə olmasın, Nazarbayevin siyasəti davam etsin. Fikrimcə, Nazarbayev nə qədər ki, Təhlükəsizlik Şurasının sədridir, yeni prezidentin xarici siyasət kursunun dəyişməsinə imkan verməyəcək”.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əncirin elmi sübut olunmuş – 3 əsas faydası
04:14 25.08.2026
Sağlamlıq
Haitidə silahlı dəstənin hücumu nəticəsində 42 nəfər ölüb
03:33 25.08.2026
Dünya
Okeanlarda temperatur rekord həddə çatdı
01:01 25.08.2026
Ekologiya
İran və Pakistan Hörmüz boğazının təhlükəsizliyini müzakirə etdi
00:37 25.08.2026
Şou
Tramp Kanadanın rəhbərlərini “kloun” adlandırıb
00:16 25.08.2026
Dünya
ABŞ Suriyanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarıb
23:55 24.08.2026
Dünya
Ana və iki övladı eyni vaxtda tələbə oldu
23:39 24.08.2026
Cəmiyyət
Bələdiyyə sədri CHP-dən istefa verdi
23:11 24.08.2026
Siyasət
ABŞ Suriyanı “qara siyahı”dan çıxardı - Yaxın Şərqdə yeni mərhələ?
22:37 24.08.2026
Gündəm
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi