Nazir: “Fiziki şəxslər 1,5 litr alkoqollu içkini, 200 ədəd siqareti ölkəyə gətirərkən heç bir rüsum ödəməyəcəklər”





Azərbaycanda Vergi Məcəlləsinə təklif olunan dəyişiklikliyə əsasən, idxal zamanı aksiz vergisindən azad olunan spirtli içkilərin həcmi 2 dəfə, siqaretin həcmi isə 3 dəfə azaldılır. 

"Sherg.az"bildirir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin bugünkü iclasında deyib. Nazir vurğulayıb ki, fiziki şəxslər fərdi istehlak üçün 1,5 litr alkoqollu içkini, 200 ədəd siqareti ölkəyə gətirərkən heç bir rüsum ödəməyəcəklər. 

Qeyd edək ki, bundan əvvəl 3 litr spirtli içkinin, 600 ədəd siqaretin fərdi istehlak üçün Azərbaycan ərazisinə gətirilməsi aksizdən azad idi.

Anar