Nazir: Prezidentin sərəncamı Nəsiminin yaradıcılığını yenidən təhlil etmək üçün fürsət yaradıb
12:49 29.01.2019
Arxiv
674
Prezident İlham Əliyevin "Nəsimi İli” ilə əlaqədar sərəncamı bu böyük şəxsiyyətin yaradıcılığını, xalqımıza verdiyi böyük töhfələri yenidən dərk və təhlil etmək üçün fürsət yaradıb.
Trend-in məlumatına görə, bunu mədəniyyət naziri Əbülfəs Qarayev deyib.
Nazir bildirib ki, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1973-cü ildə Nəsiminin 600 illik yubileyinin UNESCO səviyyəsində qeyd edilməsi Azərbaycan mədəniyyəti tarixində əhəmiyyətli hadisəyə çevrilmişdi:
"O vaxt Nəsimiyə heykəl də qoyuldu. Müəllifi Tokay Məmmədov olan həmin heykəl bu gün şəhərimizin ən gözəl yerlərindən birində ucalır. Eyni zamanda böyük mütəfəkkirə həsr olunan film də çəkildi, elmi tədqiqatlar aparıldı, kitablar çap edildi”.
Nazir vurğulayıb ki, ötən illər ərzində Nəsiminin adı nəinki ölkə daxilində, hətta dünya miqyasında uca tutulub, dünya ictimaiyyəti də onun yaradıcılığı ilə tanış olub:
"2017-ci ilin may ayında Parisdə, UNESCO-nun baş qərargahında Nəsiminin vəfatının 600 illiyi qeyd olunub. Ötən il Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə ölkəmizdə ilk dəfə Nəsimi – poeziya, sənət və mənəviyyat festivalı keçirilib. Festival çərçivəsində ölkəmizdə çoxsaylı ölkələrdən ədiblər, alimlər və tədqiqatçılar iştirak edirdi. Bu festival Nəsimi irsinin öyrənilməsi və dünyaya tanıdılması ilə yanaşı, ölkəmizin də təbliğinə yeni imkanlar açdı. "Nəsimi İli” xalqımızın mənəviyyatı və mədəniyyəti ilə birbaşa əlaqəlidir. Biz bu il üçün tədbirlər planı hazırlamışıq. İlk addımı buradan başlayırıq”.
Ə.Qarayev bu il həm ölkəmizdə, həm də xaricdə müxtəlif tədbirlərin, sərgilərin, ədəbi-bədii axşamların təşkili, kitabların nəşrinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Kəpəz" "Turan Tovuz"u evdə məğlub edib
21:21 30.08.2026
Futbol
Politico: İslandiya Aİ-yə üzvlükdən balıqçılığa görə imtina edib
20:37 30.08.2026
Dünya
Leysan olacaq - XƏBƏRDARLIQ
19:37 30.08.2026
Ekologiya
Tramp Venesuela neftiylə ABŞ-ın Strateji Ehtiyatlarını bərpa edəcək
19:19 30.08.2026
Dünya
Maduro ABŞ-dəki həbsxanadan nəvələrinə və övladlarına foto göndərdi
19:00 30.08.2026
Dünya
Bu teleskop 2 milyard qalaktikanı müşahidə edəcək
18:42 30.08.2026
Dünya
Məsud Pezeşkian ŞƏT-in yubiley sammitində iştirak edəcək
17:50 30.08.2026
Aktual
Türkiyənin Qara dəniz sahillərində PUA tapıldı
17:33 30.08.2026
Son dəqiqə
Ancelina Coli Ukraynaya səfər etdi
16:25 30.08.2026
Şou
“Qalatasaray” Rafael Leaonu transfer etdiyini açıqlayıb
15:52 30.08.2026
Futbol
Şimali Kipr sahillərində sərnişin gəmisi batıb
15:06 30.08.2026
Son dəqiqə
Putinin bütün hədəfləri uğursuz oldu - Stubb
14:52 30.08.2026
Gündəm
Heyvanlara qayğı kütləvi maniyaya çevrilirsə... -ŞƏRH
14:04 30.08.2026
Sosial
Makronun reytinqi 21 faizə düşüb
13:30 30.08.2026
Dünya
Politoloq: Hindistan Rusiyanın enerji xilasına çevrilir
13:21 30.08.2026
Aktual