Nazirlik: Sürüşmələrin baş verməsinə vulkanlar da təsir göstərir
14:47 29.11.2017
Arxiv
411
Bakıda bəzi yaşayış məntəqələrində sürüşmənin baş verməsinə təbii və texnogen amilərlə yanaşı, palçıq vulkanları da təsir göstərir, vulkanlar sürüşmənin baş verməsi üçün daha münbit şərait yaradır.
Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.
Onun sözlərinə görə, yağışların təsirindən Bakının Xətai rayonundakı Zığ sürüşmə sahəsində, Abşeron rayonunun "Nübar" qəsəbəsində ("At yalı" adlanan yaşayış massivi), Masazır qəsəbəsindəki "Zəli gölü" adlanan ərazidə sürüşmə sahələri aktivləşib.
R.Həsənov qeyd edib ki, "Bozdağ Hökməli" palçıq vulkanının ətrafındakı sürüşmə sahəsində həm də genişlənmə müşahidə edilir.
Nazirlik rəsmisi əlavə edib ki, həm "Bozdağ Hökməli" palçıq vulkanının ətrafında, həm də "Zəli gölü" adlanan ərazidə süxurların tərkibində vulkan külləri iştirak edirlər: "Uzun illər boyu küləyin təsirindən "Bozdağ Hökməli" palçıq vulkanının külləri daha geniş ərazilərə yayılıb. Bu da həmin ərazidəki çöküntülərin suya daha çox həssas olmasına səbəb olub. Vulkan külü torpağa qarışdıqda süxurların möhkəmliyi zəifləyir. Azca belə nəmlik təsirindən süxurlar asanlıqla parçalanır. Həm yağışların, həm də süxurlarda vulkan külünün olması nəticəsində belə problemlər yaranır".
R.Həsənov qeyd edib ki, Mazasırdakı "Zəli gölü" adlanan ərazidə sürüşmə sahəsinin fəallaşmasında "Keyrəki" vulkanının külləri rol oynayır: "Həmin ərazidəki süxurlarda da "Keyrəki" vulkanının küllərinin olması nəticəsində belə problemlər olur. Burada həm də texnogen amillər rol oynayır. Əhalinin daha çox ərazidə ev tikməsi, yamacın kəsilməsi birbaşa onun dayanıqlığının itməsinə səbəb olur. Bunun da nəticəsində ya sürüşmə, ya da uçqunlar baş verir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət
Nunes: Rusiyadan gələn təhlükə realdır
18:02 21.09.2026
Dünya