"Nə Qarabağ, həmsədrlər pul qazanmaqla məşğuldur" - POLİTOLOQ





Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ATƏT-in Minsk qrupu tərəfindən illərdir verilən bəyanatların heç bir faydası yoxdur.

Bunu Sherg.az-a ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin XİN rəhbərlərinin "Münaqişənin həllində sülh prosesinə sadiqik" bəyanatını şərh edərkən politoloq Zərdüşt Əlizadə deyib.

Ekspertin sözlərinə görə, həmsədrlər eyni rolları oynayırlar və eyni mövqe nümayiş etdirirlər:

" Eyni sözlər təkrarlanır. Bu məsələdə hərənin öz işi var. Həmsədrlər pullarını qazanırlar. Ona görə də, münaqişənin həllində heç bir irəliləyiş yoxdur".

Qeyd edək ki, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin XİN rəhbərləri Sergey Lavrov (Rusiya), Con Kerri (ABŞ) və Jan-Mark Eyro (Fransa) Dağlıq Qarabağ münaqişəsinə dair birgə bəyanat yayıblar. Bəyanatda həmsədrlərin münaqişənin həllində sülh prosesinə sadiq qaldıqları ifadə olunub.

Ayyət Əhməd