Nə Qarabağ, nə danışıqlar...
20:05 23.08.2017
Arxiv
971
Rusiya Prezidenti Vladimir Putinin ermənistanlı həmkarı Serj Sarkisyanı Soçiyə çağırması ölkə mediasında geniş müzakirəyə səbəb olub. Kremlin mətbuat xidməti məlumat yayıb ki, planlanan görüşdə prezidentlər beynəlxalq və regional məsələlərlə yanaşı, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini də müzakirə edəcəklər.
Bəzi politoloqlar Putin-Sarkisyan görüşündən hansısa nəticə çıxarmağa çalışırlar. Lakin əksər ekspertlər tərəflərin bir araya gəlməsində əhəmiyyətli məqam görmədiklərini bildirirlər. "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib ki, Putinin erməni həmkarına təsir edib Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasını sürətləndirəcəyini gözləmir: "Bunu ona görə yazıram ki, bəzən ictimaiyyətə bu kimi görüşlərdən əvvəl yanlış mesajlar ötürülür. Guya, nə bilim, "Kreml İrəvanı 5 rayonu boşaltmağa məcbur edəcək”, "Moskva İrəvanı Qərb və NATO ilə əməkdaşlığına görə cəzalandıracaq” və s. kimi iddialar gündəmə gəlir. Hər dəfə bu cür başlıqlar atılır, sonrası isə hamıya bəllidir. Putin Soçidə prezidentləri qəbul etməyi xoşlayır, bu da həmişə olduğu kimi sıradan bir görüşdür. Putin bir müddət əvvəl də azərbaycanlı həmkarını qəbul etmişdi. Həmin görüşdən əvvəl də optimist fikirlər irəli sürülürdü”.
Politoloq Elçin Mirzəbəyli də bu görüşün ciddi əhəmiyyət daşımadığını bildirib:
"Görüş öncəsi politoloqlar tərəfindən müxtəlif fikirlər səsləndirilir. Bir çoxları bəyan edir ki, guya, masa üzərində danışıqlar mövzusu olacaq yeni sənədlər var. Yaxın zamanda yeni razılaşmalar ortaya çıxacaq, sülh müqaviləsinin üzərində iş gedəcək və s. Düşünürəm ki, bu məlumatlar təbliğat xarakteri daşıyır. Çünki həm Rusiyanın, həm də Ermənistanın davranışlarına diqqət yetirsək, münaqişənin həlli ilə bağlı ciddi irəliləyişin baş verə biləcəyini söyləməyə əsas verən heç bir amilin olmadığını görərik. İndiki şəraitdə Sarkisyan-Putin görüşünün təkcə Dağlıq Qarabağ probleminin həllinə həsr olunmayacağı aydın məsələdir.
Məsələnin bu dərəcədə qabardılmasında xüsusi bir məqsəd var. Əslində isə burada qeyri-adi heç nə yoxdur. Sarkisyanın Putinlə görüşü bir əyalət başçısının öz prezidenti ilə görüşməsi kimi bir şeydir. Putin istənilən zaman Sarkisyanı Moskvaya, Soçiyə və ya digər hər hansı bir yerə dəvət edə bilər. Ona görə də bu görüşün fundamental bir əhəmiyyət daşıdığını düşünmürəm”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Keti Perri Bakıda bayrağımızı dalğalandırdı
01:59 26.09.2026
Şou
Azərbaycan və Seneqal arasında memorandum imzalanıb
01:20 26.09.2026
Siyasət
İran ABŞ-yə Hörmüz boğazı ilə bağlı yeddi günlük plan təqdim edib
00:58 26.09.2026
Gündəm
Hakan Fidan ABŞ-da Abbas Əraqçi ilə görüşüb
00:40 26.09.2026
Region
Dünya ulduzunun Rusiyadakı konsertləri ləğv edildi
23:13 25.09.2026
Şou
Bu ölkədə benzin rekord qiymətə qalxdı
22:41 25.09.2026
Dünya
Putin: Rusiya Avropa ilə hərbi əməliyyatlara hazırlaşmır
21:49 25.09.2026
Aktual
Ərdoğan BMT-də Netanyahuya ad çəkmədən mesaj verdi
21:33 25.09.2026
Gündəm
Ermənistan-Rusiya münasibətləri daha da pisləşə bilər - Politoloq
21:30 25.09.2026
Siyasət
Putin Si Cinpin və Trampın danışıqları barədə: “Qısqanmıram”
21:09 25.09.2026
Dünya
Çətir və gödəkçələri hazırlayın: 7-8 gün yağış yağacaq
20:42 25.09.2026
Ekologiya
Rusiya ordusu Kiyevə zərbə endirdi: ölənlər var
20:37 25.09.2026
Gündəm
Azərbaycanın U-21 millisi Çexiya millisi ilə heç-heçə etdi
20:29 25.09.2026
Futbol