“Neftçi”nin sabiq prezidenti II Fəxri Xiyabanda dəfn olunacaq - YENİLƏNİB
16:06 03.09.2021
Arxiv
538
“Neftçi”nin sabiq prezidenti Aydın Ibrahimov II Fəxri Xiyabanda basdırılacaq.
Bu barədə Oxu.Az-a Gənclər və İdman Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Aydın İbrahimov sabah saat 12-də “Qurd qapısı” qəbirstanlığında dəfn ediləcək.
Ailəsinə də bu barədə məlumat verilib.
15:40
“Babamın nəşini bizə vermirlər. “Semaşko”da morqda saxlanılır”.
Bunu Oxu.Az-a bu gün gecə saatlarında dünyasını dəyişmiş “Neftçi”nin sabiq prezidenti, güləş üzrə Olimpiya mükafatçısı, dünya və Avropa çempionu Aydın İbrahimovun nəvəsi Nərminə Məmmədova bildirib.
Onun sözlərinə görə, heç bir səbəb göstərilmədən babasının cəsədi onlara təhvil verilmir:
“Üç saatdır müzakirə aparılır. Amma nə müzakirə aparıldığını bilmirik. Üç saat müzakirə etmək olar?! Hələ anamın harada işlədiyini soruşurlar. Artıq saat 3-dür. Evdə insanlar oturub gözləyir.
“Neftçi”nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev də zəng vurmuşdu. Gənclər və İdman Nazirliyi ilə danışmışıq. Onlar müzakirə aparıldığını bildirib”.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Qabil Mehdiyev də saytımıza bu məsələnin həlli istiqamətində işlərin aparıldığını bildirib:
“Şəxsən nazir müavini İsmayıl İsmayılov səhər tezdən bu məsələni nəzarətində saxlayır. O, lazımi qurumlarla danışıqlar apararaq bu məsələnin həlli istiqamətində çalışır. Nəsə olsa, bu barədə ictimaiyyətə məlumat veriləcək”.
Qeyd edək ki, Aydın İbrahimov 82 yaşında müalicə aldığı klinikada koronavirusdan dünyasını dəyişib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan Azərbaycanı təbrik edib
14:55 15.09.2026
Gündəm
Lavrov: Rusiya Ukrayna üzrə yeni danışıqlar raunduna hazırdır
13:49 15.09.2026
Gündəm
Putinin köməkçisi: Polşanı iki günə məhv edərik
13:35 15.09.2026
Dünya
İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
13:12 15.09.2026
Siyasət
"Barselona" Hansi Flikin xələfini seçdi
12:47 15.09.2026
Futbol
Bəs dənizin ortasında yosun varsa?
12:47 15.09.2026
Cəmiyyət
Astarada 74 yaşlı kişi damdan yıxılaraq ölüb
12:35 15.09.2026
Hadisə
Uşaq evlərindən 39 uşaq birinci sinfə gedir
12:25 15.09.2026
Cəmiyyət
Kəlbəcərdə 121 şagird yeni tədris ilinə başlayıb
12:12 15.09.2026
Elm və Təhsil
“Real Madrid”in sabiq hücumçusu “Valensiya”ya təklif olundu
12:07 15.09.2026
Futbol
Pan-Afrika Parlamentinin prezidenti Azərbaycana səfərə gəlib
11:57 15.09.2026
Gündəm
Sabirabadda uşaq ölü doğulub
11:14 15.09.2026
Hadisə
Yardımlıda 8 kiloqram narkotik vasitə aşkarlanıb
11:06 15.09.2026
Hadisə
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
10:57 15.09.2026
Ölkə