Neftin qiyməti hansı həddə qədər ucuzlaşa bilər ?- AÇIQLANDI






Neftin qiymətinin ucuzlaşması tamamilə iqtisadi proselərlə bağlıdır”

Bu sözləri "Sherg.az”a "Azeri LT CIF" markalı xam neftin qiymətinin 3,98% enməsinin səbəblərini izah edərkən iqtisadçı-ekspert Fuad İbrahimov söyləyib.

Ekspertin qənaətincə, hazırda dünya siyasətində və iqtisadiyyatında elə bir ciddi problemlər yoxdur:

"Elektron ticarət platformalarında müşahidələrimizi davam etdiririk. Həmin platformalarda həcm göstəricilərinin vəziyyətlərində baxdıqda belə qənaətə gəlmək olur ki, hazırda dinamik artımdan sonra müəyyən qiymət ucuzlaşması baş verir. 

Bu tendensiya hər zaman belə gedir. Müəyyən qədər qalxmalar -enmələr müşahidə olunmaqla qiymətlər ticarət platformalarında dalğalanır. Hazırda həcm göstəriclərində ciddi olaraq qiymət fərqi gözlənilmir. Yenə də neftin qiymətinin konkret bir dəhlizdə üfiqi dalğalanma proqnozlaşdırılır. 

Bir iqtisadçı kimi apardığım təcrübələrin nəticəsi olaraq onu qeyd edə bilərəm ki, aşağıya doğru hərəkət edən qiymət trendi dayanacaq və müəyyən bir dəhlizdə üfiqi istiqamətdə dalğalanacaq. Bura da nə sürətli enmə, nə də sürətli qalxma gözlənilir”.

Qeyd edək ki, Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 3,06 dollar və yaxud 3,98% azalıb. "Azeri LT CIF" markalı neftin qiyməti 73,79 dollar/barelə bərabər olub. Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Kənan Eynuroğlu