Netanyahu BMT-də İsrail əleyhinə qətnamənin qəbuluna görə Obamanı günahlandırıb
15:30 25.12.2016
Arxiv
410
İsrail baş naziri Binyamin Netanyahu BMT Təhlükəsizlik Şurasında İsrailin məskunlaşma fəaliyyəti əleyhinə qəbul edilən qətnaməyə görə ABŞ administrasiyasını ittiham edib.
APA-nın "RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, B. Netanyahu Barak Obama administrasiyasının əslində bu qətnamənin təşəbbüskarı olduğunu və BMT Təhlükəsizlik Şurasında qəbuluna nail olduğunu bildirib.
Qətnamədə İsraildən Fələstin torpaqlarında məskunlaşmaya son qoyması tələb edilir. B. Netanyahu deyib ki, İsrail hakimiyyətinin xahişinə baxmayaraq, amerikalılar BMT Təhlükəsizlik Şurasında veto hüquqlarından istifadə etməyib: "On illər ərzində amerikalılarla İsrail hökumətləri arasında məskunlaşma siyasəti ilə bağlı fikir ayrılığı olub. Bununla belə, biz əvvəllər razılaşmışıq ki, BMT Təhlükəsizlik Şurası bu məsələni həlli yeri deyil. Biz bilirik ki, bu orqanın müraciəti yalnız danışıqlar prosesini mürəkkəbləşdirir və bizi sülh əldə etməkdən uzaqlaşdırır”.
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasında qəbul edilən qətnaməyə Təhlükəsizlik Şurasının 4 daimi, 10 qeyri-daimi üzvü səs verib, ABŞ isə bitərəf qalıb. Qətnamənin müəllifləri Yeni Zellandiya, Seneqal, Malayziya və Venesuela olub. İsrail bu 4 ölkədəki səfirlərini geri çağırıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğandan universitetlərə süni intellekt xəbərdarlığı
19:41 06.10.2026
Gündəm
Məktəb direktoru onkoloji xəstəlikdən vəfat etdi
19:37 06.10.2026
Hadisə
Qadınlar kişilərdən daha çox ağrı hiss edir - ARAŞDIRMA
19:33 06.10.2026
Sağlamlıq
Yeni qatarlar Bakıda tıxacları azalda bilər - EKSPERT
19:27 06.10.2026
İnfrastruktur
Ayı qəbri qazaraq qadın meyitini apardı
19:15 06.10.2026
Hadisə
Ermənistan və Litva müdafiə sahəsində əməkdaşlıq edəcək
19:08 06.10.2026
Cənubi Qafqaz
Hörmüzdə ticarət gəmisi vuruldu: 12 yaralı
18:33 06.10.2026
Dünya
ABŞ Afrikadan Kolumbiya və Ekvadora MQ-9 Reaper dronları göndərib
18:11 06.10.2026
Dünya
Rusiya Ukraynadan sonra Azərbaycana yönələ bilər - ŞƏRH
18:10 06.10.2026
Gündəm
Bakıda subasmalar davam edəcək: Ekoloqdan HƏYƏCAN təbili
17:53 06.10.2026
Aktual
İranda dollar yenidən kəskin bahalaşdı
17:35 06.10.2026
İqtisadiyyat