Netanyahunun Rusiya səfərinin sirr pərdəsi çəkildi

Cümşüd Nuriyev: " O, ABŞ Rusiya münasibətlərini bərpa etmək istəyir"



Amerikanın bank sistemi və mediası yəhudilərin əlindədir. Bu, birmənalıdır. Mason təşkilatı bunlara nəzarət edir. Zaman-zaman başqaları çalışıblar ki, onları İsrailin əlehinə həll etsin, ancaq alınmayıb". 

Bunu Sherg.az-a İsrailin baş naziri Benyamin Netanyahunun Rusiya səfərini şərh edərkən siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev deyib. Onun sözlərinə görə, Tramp hakimiyyətə gəlməzdən öncə Rusiya ilə əlaqələri vardı. İndi də münasibətləri bərpa etmək istəyirlər:

"Trampın ətrafındakılar siyasətdən uzaq olduqlarına görə, bəzi şeyləri üz-gözlərinə bulaşdırıblar. İndi yəhudilər gərginliyi aradan qaldırmaq istəyir. Tramp işini yəhudilərin əli ilə görür. Netanyahunun barışdırıcı missiyasını görürəm. O, Rusiya ilə ABŞ arasında münasibələri quracaq. Ola bilsin həmin görüşdə İran məsələsi də müzakirə oluna bilər. Bütün hallarda İsrail Yaxın Şərqdə Türkiyənin missiyası yerinə yetirməyə çalışır. 

Netahyahu Rusiya və Amerikanının menasibətlərini sakit məcraya yönəldə bilsə, İsrail Yaxın və Orta Şərqdə söz sahibi olan ölkəyə çevriləcək. Yəqin ki, yəhudilər uzaqgörən bir plan qurublar. Onların da arxasında İsrailin öz maraqları dayanır. Çünki bu dövlət daha çox öz maraqlarından çıxış edir. Məncə, Netanyahunun səfəri ABŞ və Moskvanın münasibətlərini yeni müstəviyə gətirmək məqsədi daşıyır".

Ayyət Əhməd