Nizami Gəncəvinin Dərbənddəki heykəli ilə bağlı RƏSMİ AÇIQLAMA...



Bu məsələdən məlumatsızam. Xəbəri dəqiqləşdirdikdən sonra məruzə edəcəm". 

Bunu Sherg.az-a Azərbaycanın dahi şairi Nizami Gəncəvinin Dərbənddəki heykəlinin acınacaqlı duruma salınmasına münasibət bildirərkən Mədəniyyət və Turizm Nazirliyinin sözçüsü Vüqar Şixəmmədov deyib. 

O, qeyd edib ki, məlum məsələ Azərbaycanın diplomatik korpusu olan Xarici İşlər Nazirliyi məşğul olmalıdır: 

"Çünki belə məsələlər Azərbaycan XİN-inin səlahiyyətindədir".

Qeyd edək ki, Azərbaycanın böyük və dahi şairi Nizami Gəncəvinin Rusiyanın Dağıstan Respublikasında adını daşıyan parkı və abidəsi ürək sızladır. Ötən günlərdə Kütləvi İnformasiya Vasitələrində yayılan fotoşəkildə Dərbənd şəhərində yerləşən parkın tamamilə məhv olub, zibilxanaya çevrilməsi əks olunur. Diqqət çəkən məqam isə Nizami Gəncəvinin parkın mərkəzində yerləşən heykəlinin də bərbad vəziyyətdə olmasıdır.

Ayyət