Nobel mükafatı təhlükədə - Şok İttihamlar
08:18 10.04.2018
Arxiv
902
Dünyanın ən nüfuzlu Ədəbiyyat ödülünü verən İsveç Akademiyası tarixinin ən böyük böhranlarından birini yaşayır.
"Nyu-York Tayms” qəzetinin yaydığına görə, akademiyanın 18 üzvündən üçü istefa verəndən sonra daha bir üzvün istefası da gündəmə gəlib. İstefa zəncirinin ilk halqası isə təcavüz ittihamı olub.
İlk dəfə Hollivudda üzə çıxan təcavüz suçlamaları İsveç Akademiyası ilə sıx əlaqədə olan isveçli Jan Kloud Arnaultun 18 qadına təcavüz etməsi iddiası ilə ortaya çıxdı. Akademiya üzvləri Klas Ostergren, Kjell Espmark və Peter Englund cümə günü istefa etdiklərini açıqlayarkən Sara Stridsberg istefa haqqında düşündüyünü bildirdi. Akademiya üzvləri ömürlük seçildikləri üçün boş qalan yerlərin həmişəlik boş qalması gözlənilir.
Daha çox üzv istefa verərsə, Akademiyanın yeni üzvlərinin seçilməsi üçün gərəkli olan 12 nəfərdən ibarət yetərsayı saxlamaq mümkün olmaya bilər.
Nobel mükafatının komissiya sədri Per Vestberg məsələ ilə bağlı açıqlama verərkən, əslində 8 nəfər üzvün hər cür qərarı qəbul etmək üçün yetərli olduğunu söyləyib.
İsveçdə yayımlanan "Dagens Niheter” Jan Kloud Arnaultla bağlı yazdığı təcavüz suçlamalarını isə Arnaultun vəkili rədd edib.
Xatırladaq ki, Arnault İsveçin mədəni həyatına açılan qapı hesab edilən və İsveç Akademiyasına maliyyə dəstəyi göstərən "Forum” adlı mədəniyyət klubunu işlədir. O həyat yoldaşı Katarina Frostenson ilə birlikdə bu kluba rəhbərlik edir.
Katarina Frostenson İsveç Akademiyasının üzvüdür.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
16:46 15.09.2026
Gündəm
ABŞ İran əməliyyatı zamanı 22 milyard dollarlıq sursat sərf edib
16:43 15.09.2026
Gündəm
Rus ordusu Olxovatkanı işğal etdi
16:26 15.09.2026
Dünya
Rus hərbi bazası Ermənistana baha başa gəlir - Aleksanyan
16:18 15.09.2026
Gündəm
Zelenski: Rusiyada vurulacaq növbəti hədəfləri müəyyən etdik
16:07 15.09.2026
Dünya
“Qalatasaray” – “Fənərbağça” matçının tarixi açıqlandı
16:05 15.09.2026
Futbol
Bakıdakı tıxac problemini kritik həddə çatıb - Hüquqşünas
16:02 15.09.2026
İnfrastruktur
Hakan Çalhanoğlu zədələndi
15:49 15.09.2026
Futbol
Məhkuma poçtla göndərilmiş bağlamada narkotik aşkarlanıb
15:44 15.09.2026
Hadisə
Bu il Azərbaycana 600-dən çox elektromobil idxal edilib
15:33 15.09.2026
İqtisadiyyat
Avropa Parlamenti Ermənistanla bağlı qərarı təsdiqlədi
15:32 15.09.2026
Gündəm
Skuterlə sərnişin daşımaq olmaz, bu qadağandır - Eldəniz Cəfərov
15:31 15.09.2026
Aktual
Əraqçi Pekinə gedəcək
15:26 15.09.2026
Dünya
Lukaşenko: Belarusda siyasi məhbus yoxdur
15:19 15.09.2026
Gündəm