Novella Cəfəroğlu: " Ölkəmizə nə qədər çox erməni gəlib desə ki...





Ölkəmizə nə qədər çox erməni gəlib desə ki, bu torpaqlar sizindir, bu, bütün dünyaya bəyan olacaq ki, erməninin özü o torpaqların Azərbaycana məxsus olduğunu təsdiqləyir. 

Bu barədə Sherg.az -a erməni hüquq müdafiəçisi Vahe Avetyanın Bakıda konfrans keçirməsinə münasibət bildirərkən hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib. 

Onun sözlərinə görə, həmin ermənilər ölkəmizə gəlib etiraf edirlər ki, Dağlıq Qarabağ və ətraf rayonlar Azərbaycanındır: " 

Niyə biz ondan bəhrələnməyək ? Niyə biz onların açıqlamalarını dünyaya yaymayaq? Akif Nağı deyir ki, biz qisasımızı almalıyıq. Onlar da etiraf edirlər ki, o torpaqlar sizindir. Niyə biz bunu dünyaya bəyan etməyək ki, baxın, Dağlıq Qarabağvə ətraf rayonların Azərbaycana məxsus olduğunu ermənilərin özləri etiraf edirlər?"

V.Avetyanın hazırda Azərbaycanda olduğunu söyləyən N.Cəfəroğlu diqqətə çatdırıb ki, onlar hazırda konfrans keçirirlər: " Xəstə olduğum üçün həmin konfransa gedə bilmədim".

Ayyət