Eyni zamanda həmin şəxslərin hansı səbəbə bu həyat tərzini yaşadıqlarını öyrənmək lazımdır
O çadırlarda ah-naləni də eşitmək lazımdır
21:49 22.12.2016
Arxiv
559
Sığınacaqlar yalnız isinmək, qışı keçirmək üçün bir yer olmamalıdır
Eyni zamanda həmin şəxslərin hansı səbəbə bu həyat tərzini yaşadıqlarını öyrənmək lazımdır
Eyni zamanda həmin şəxslərin hansı səbəbə bu həyat tərzini yaşadıqlarını öyrənmək lazımdır
Çətin həyat şəraitində olan, məişət zorakılığı, insan alveri və zorakılığın digər formaları ilə üzləşmiş şəxslərin sığınacaqlarda yerləşdirilməsi ilə bağlı əlaqəli tədbirlər görülməkdədir.
Artıq yaxın zamanlarda yeni sığınacaqların yaradılması ilə bağlı işlər yerinə yetirilir.
Yeni sığınacaq şəbəkələrinin yaradılması məişətdə müxtəlif zorakılıqla qarşılaşmış vətəndaşlar üçün bir növ ümid yeri olacaqdır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev sosial sığınacaqların hüquqi əsaslarla fəaliyyətə başlaması ilə bağlı müvafiq işlərin aparıldığını deyib.
E.Babayev qeyd edib ki, əvvəlki illərin qış mövsümlərində çətin hava şəraitinin hökm sürdüyü vaxtlarda, yəni temperaturun sıfır dərəcədən aşağı düşdüyü qarlı-şaxtalı günlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşəbbüsü ilə Bakı şəhərinin rayonlarında və Sumqayıt şəhərində müvəqqəti sığınacaqlar təşkil olunub.
Əvvəlki illərdə çətin hava şəraitinin müşahidə olunduğu günlərdə müvəqqəti sığınacaqların yaradılması yalnız təşəbbüs əsasında həyata keçirilib. Belə bir tədbirin təşkili Nazirliyin Əsasnaməsində, habelə müvafiq qanunvericilikdə nəzərdə tutulmadığından, 2015-ci ildən müvəqqəti sığınacaqların yaradılması dayandırılıb.
Şöbə müdiri əlavə edib ki, 2014-cü ildə Nazirlik belə tədbirlərin təşkilinin məhz normativ hüquqi əsasla tənzimlənməsinin zəruriliyini nəzərə alaraq, çətin hava şəraitində müvəqqəti sığınacaqların və sığınacaqlarda sosial xidmətin təşkilini tənzimləyən Qaydanın layihəsini hazırlayıb: "Ötən müddətdə həmin layihənin tam razılaşdırması mümkün olmadığından sosial sığınacağın hüquqi əsaslarla fəaliyyətə başlaması ilə bağlı müvafiq iş aparılır. Yaxın vaxtlarda fəaliyyətə başlayacaq sosial sığınacaqla bağlı ictimaiyyətə əlavə məlumat veriləcək”.
"Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova sığınacaqların yaradılmasının lazımlı və olduqca müsbət bir addım olduğunu bildirib. Birlik sədrinin qənaətincə, yeni sığınacaq şəbəkələri yaradılarkən QHT-lərin sığınacaqlarının da strukturlarına nəzər yetirmək məqsədə uyğun olar:
” Sığınacaqların təşkili ilə bağlı Elman müəllim qeyd eləmişdi ki, onlar əsasnamə olmadan yaradılacaqlar. Şəraiti olmayan, soyuq hava şəraitində küçələrdə qalan insanlar bu sığınacaqlara cəlb olunacaqlar. Sığınacaqlar adətən çadırlar formasında təşkil olunacaq. İstənilən halda belə təşəbbüs çox yaxşı addımdır. Eyni zamanda köməksiz və ağır şəraitdə olanlar mövcud QHT-lərin də sığınacaqlarına müraciət edə bilərlər. Lakin, sığınacaqlar yalnız isinmək, qışı
keçirtmək üçün yox, eyni zamanda şəxsin hansı səbəbə bu həyat tərzini yaşadığını aydınlaşdırmaq üçündür. Çıxılmaz vəziyyətdə olanların nə üçün küçələrdə yaşadığını və köməksiz olduğunu dəqiqləşdirmək olduqca lazımlı məsələdir. Bunun üçün müəyyən mütəxəssislər də gərəklidir. Düzdür, çadırlar kifayət qədər isti yeməkdən ibarət və isinmək üçün yerdir. Lakin, biz bilməliyik bu insanlar hansı səbəbdən bu vəziyyətə düşüblər və niyə küçə həyatı keçirirlər. Bu baxımdan da düşünürəm ki, yeni əsasnamədə həmin məqamlar hüquqi yardım planları ilə nəzərdə tutulub. Amma bu bir az resurs tələb edən və tələsik görülən bir iş deyil. Bunun üçün bir az zaman lazımdır”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gəncədə 70 yaşlı kişinin meyiti tapıldı
21:23 06.10.2026
Hadisə
16 yaşlı qızını nişanlayan ata cərimələndi
21:00 06.10.2026
Sosial
Rusiyadan AZAL qəzası ilə bağlı yeni açıqlama...
20:50 06.10.2026
Aktual
Allahşükür Paşazadə Qazaxıstanın Vitse-prezidenti ilə görüşdü
20:38 06.10.2026
Gündəm
Ayı qəbri qazaraq qadın meyitini apardı
20:17 06.10.2026
Dünya
İranda 70 siyasi məhbus edam edildi
20:02 06.10.2026
Region
Azərbaycanda növbəti ADEX sərgisinin keçiriləcəyi tarix açıqlanıb
19:53 06.10.2026
Hərbi
39 yaşlı ƏFSANƏ: Messi Argentina millisində son oyununa çıxır
19:46 06.10.2026
Futbol
Ərdoğandan universitetlərə süni intellekt xəbərdarlığı
19:41 06.10.2026
Gündəm
Məktəb direktoru onkoloji xəstəlikdən vəfat etdi
19:37 06.10.2026
Hadisə
Qadınlar kişilərdən daha çox ağrı hiss edir - ARAŞDIRMA
19:33 06.10.2026
Sağlamlıq
Yeni qatarlar Bakıda tıxacları azalda bilər - EKSPERT
19:27 06.10.2026
İnfrastruktur
Ayı qəbri qazaraq qadın meyitini apardı
19:15 06.10.2026
Hadisə
Ermənistan və Litva müdafiə sahəsində əməkdaşlıq edəcək
19:08 06.10.2026
Cənubi Qafqaz
Hörmüzdə ticarət gəmisi vuruldu: 12 yaralı
18:33 06.10.2026
Dünya