Obama: "Seçkiyə qatıla bilsəydim, Trampı yenərdim"
19:09 26.12.2016
Arxiv
487
"Klinton seçici ilə romantik bağ qura bilmədi"
Ağ Evdə iki dövrdür ölkəni idarə edən ABŞ prezidenti Barak Obama, 8 noyabrdakı prezident seçkilərinə qatıla bilməsi halında Respublikaçı Donald Tramp qarşısındakı şansına bağlı, "Bu il yarışa bilsəydim, seçkiləri qazana bilərdim." deyib.
"Milliyyət" xəbər verir ki, Obama vəzifəsinin sona çatmasına saylı günlər qalmış Amerikanın CNN kanalı üçün hazırlanan "Axe Files" adlı proqrama verdiyi müsahibədə, prezidentlik dövrünü və ABŞ-ın yeni başçısı seçilən Tramp qarşısındakı şansını dəyərləndirib.
Amerika xalqının siyasətlərinə dəstək verdiyini ifadə edən Barak Obama, seçkiləri qazanaraq 20 yanvarda prezidentlik kürsüsünə oturmağa haqq qazanan Donald Tramp qarşısında yarışma imkanı olması vəziyyətində sandıqdan qalib çıxa biləcəyini iddia edib.
Obama, "Bu viziondan əminəm, çünki əgər bir dəfə də namizəd ola bilsəydim, Amerika xalqının böyük qisimini bu vizion ətrafında birləşdirə bilərdim." deyə bildirib.
Keçmiş xarici işlər naziri Hillari Klintonun namizədliyini irəli sürmüş demokratların "Amerika xalqının böyük seqmentinin səsini kifayət qədər eşidə bilmədiyini" və bunun da seçkilərin respublikaçılara uduzmağa səbəb olduğunu bildirən Obama, xüsusilə iqtisadi gözləmələr mövzusunda Klintonun aşağı bir performans sərgilədiyinə eyham vurdu.
Klintonun qazanacağına "əmin olan" Amerika mediasının yanaşmasının da seçki nəticələrinə bilvasitə təsir etdiyini qeyd edən Obama, demokratların seçici ilə romantik bağ qura bilmədiyini vurğulayıb.
Prezidentlik dövrü ilə bağlı kitab işinə başlayacağını söyləyən Obama, ailəsiylə birlikdə paytaxt Vaşinqtonda yaşamağa davam edəcəklərini ifadə edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ Afrikadan Kolumbiya və Ekvadora MQ-9 Reaper dronları göndərib
18:11 06.10.2026
Dünya
Rusiya Ukraynadan sonra Azərbaycana yönələ bilər - ŞƏRH
18:10 06.10.2026
Gündəm
Bakıda subasmalar davam edəcək: Ekoloqdan HƏYƏCAN təbili
17:53 06.10.2026
Aktual
İranda dollar yenidən kəskin bahalaşdı
17:35 06.10.2026
İqtisadiyyat
Fazil Məmmədov nazir müavini təyin edildi
17:12 06.10.2026
Cəmiyyət
Azərbaycan və Böyük Britaniya arasında 4 sənəd imzalandı
16:54 06.10.2026
Gündəm
Abşeron və Bakının 5 rayonunda su olmayacaq
16:48 06.10.2026
İnfrastruktur
Kənd yumurtası bahalaşdı - VİDEO
16:37 06.10.2026
Sosial
Zelenski: Rusiya Ukraynaya kütləvi zərbə hazırlayır
16:17 06.10.2026
Dünya
Bu şəxslərin ailəsinə 20 min manat birdəfəlik müavinət ödəniləcək
16:04 06.10.2026
Sosial
Bayramov ABŞ rəsmisi ilə görüşdü: İrəvanla normallaşma diqqətdə...
15:37 06.10.2026
Gündəm
Milli Məclisin iki komitəsinin birgə iclası keçirilir
15:25 06.10.2026
Aktual
ŞOK OLAY: Süni intellektlə “dirildi”, onu öldürən şəxsi bağışladı
14:58 06.10.2026
Hadisə