Öləcəyini bilirdi, amma körpəsini dünyaya gətirdi - Fotolar

Ailəsi onunla yalnız 14 saat 58 dəqiqə keçirə bildi
Abbey Ahern adlı ingilis qadın, doğulmamış körpəsinin ölümcül bir xəstəliyi olduğunu öyrəndi və dünyası yıxıldı.
 "The Sun"un xəbərinə görə, 19 həftəlik hamilə olarkən Abbeyə qızının anensefali xəstəliyi olduğunu və doğulduqdan sonra bir neçə saatdan çox yaşayamacağı deyilib. Ancaq 34 yaşlı ana, körpəsini doğmağa qərar verib. Anıya adlı körpə doğulanda ailəsi onunla yalnız 14 saat 58 dəqiqə keçirə bildi. Daha 2 qızları olan Abbey və həyat yoldaşı Robert, bunun həyatları boyu verdikləri ən çətin qərar olduğunu, ancaq bu təcrübənin yaşamağa dəydiyini söyləyir. Üstəlik onlar körpələrinin orqanlarını bağışlayaraq başqa körpələrin həyatını qurtarmağa qərar vermişdilər. Abbey açıqlamasında, "xəstəliyin bir məqsədi olduğunu bilirdik. Bu dünya üçün yaradılmamışdı." deyə danışır. Qızını itirdiyi üçün kədərli olmasına baxmayaraq, hüzur içində olduğunu söyləyən gənc qadın, qızını qucağına alanda qarınındakı 5 aydan daha yüngül hiss etdiyini söyləyir. Anensefali, körpənin beyninin və kəllənin ana qarınında hamısı və ya bir qisiminin əmələ gəlməməsi şəklində təyin olunan bir doğum qüsurudur. Araşdırmalara görə, anensefali diaqnozu min hamiləlikdən birində təsadüf edilir və çoxu ölümlə nəticələnir. Anensefaliyi 12-14 həftə arasında yoxlamaq mümkündür, ancaq xəstəliyin səbəbi bilinmir.