"Əgər artıq virusa yoluxma halı müşahidə olunur, burun axma, boğaz qıcıqlanma başlayıbsa, bu zaman çaytikanı yağından istifadə etmək lazımdır"
Ölkədə virus yayılıb
10:57 16.10.2018
Arxiv
4612
Pediatr deyir ki, dərhal kimyəvi həblərə qaçmayın
"Əgər artıq virusa yoluxma halı müşahidə olunur, burun axma, boğaz qıcıqlanma başlayıbsa, bu zaman çaytikanı yağından istifadə etmək lazımdır"
"Əgər artıq virusa yoluxma halı müşahidə olunur, burun axma, boğaz qıcıqlanma başlayıbsa, bu zaman çaytikanı yağından istifadə etmək lazımdır"
Respublikada azyaşlılar arasında qrip mənşəli viruslara yoluxma hallarında artım müşahidə olunur. Bəzilərinin etinasız yanaşdığı qrip virusu əslində bir çox xəstəliklərin başlanğıcına rəvac verir. Müşahidə olunan xəstəlik yüksək hərarət, bəlğəmli öskürək, ishal və qusma kimi əlamətlərlə özünü büruzə verir.
Bəs, qriplə necə mübarizə aparmalı? Daha çox anaları narahat edən bu sualla bağlı fikirlərini bölüşən pediatr Aytən İsmayılzadənin sözlərinə görə, virusa yoluxan uşağın burnundan ilk öncə şəffaf maye axmağa başlayır. Bəzi analar isə yanlış olaraq dərhal damardaraldıcı effekti olan burun damcılarından istifadə edirlər. Təəssüf ki, bir çox hallarda onlar bunu həkimlərin təyinatı əsasında edir: "Nazivin”, "Naftizin” kimi tərkibində oksimetazolin olan dərmanlar burun boşluğu selikli qişasında olan damarları büzərək orada selik yaranmasını azaldır. Həmçinin selikli qişanın qanla təchizatı pozulur, onun geriyə inkişafı, yəni atrofiyası başlayır. Bu isə sonradan əlavə problemlər yaradır.
Burunda quruluq çox pis şeydir. Medikamentoz, atrofik rinitə səbəb olur. Bunumu istəyirik? Əlbəttə ki, yox. 35 yaşım var, bu günə qədər bu damcıların heç birindən nə özüm, nə uşaqlarım üçün istifadə etmişəm. Həmçinin də. Əgər burun tıxanıqlığı körpə uşaqlara çox əziyyət verir, uşaq döş əmə, yata bilmirsə, ancaq o zaman bu damcılardan öz dozasında bir yaşadək 0.001 faiz olmaqla, bir-iki gün ərzində istifadə etmək olar. Lakin çox vaxt analar "ay uşaq nəfəs ala bilmir, boğulur, qaralır" deyərək panik edirlər. Halbuki, hər nəfəs tutulmasında anaları sakitləşdirmək üçün uşağa burun damcısı tökə bilmərik. Uşaq nəfəsalmanın bir yolunu tapacaq”.
Burun axması zamanı dəniz suyundan istifadəyə gəldikdə isə pediatr heç ona da gərək duymur. Onun sözlərinə görə, burun boşluğunun selikli qişası öz-özünü necə təmizləməyi bilir:
"Dəniz suyu tərkibli damcıları daha çox bir yerə gedərkən, toplum içinə girərkən, epidemiya vaxtı uşaqları bağçaya, məktəbə yola salarkən istifadə etmək olar, yəni profilaktik olaraq. Burada məqsəd bəlkə də qurumuş olan selikli qişanı nəmləndirmək və onun qoruyucu müdafiə işinə kömək etməkdir. Əks halda dəniz suyunu körpələrdə çox istifadə etdikdə burun selikli qişasının ödeminə və orta qulaqla havalanmaya mane ola bilərik”.
Burun axmaların əksər vaxtlarda antibiotiksiz ötüşdüyünü qeyd edən A.Ismayılzadənin sözlərinə görə, bəzən burunətrafı ciblər yaxud nəfəs yolunun selikli qişası iltihaba cəlb olunduğu üçün antibiotikə ehtiyac duyulur:
"Xəstəlik ağırlaşmasın deyə, ilk növbədə uşağın qidasına, mövsümə uyğun geyiminə fikir vermək lazımdır ki, immun sistemi zəifləməsin. Əgər artıq virusa yoluxma halı müşahidə olunur, burun axma, boğaz qıcıqlanma başlayıbsa, bu zaman çaytikanı yağından istifadə etmək lazımdır. Hətta körpə yatarkən belə qulaq çöpü ilə onun burun boşluğunu çaytikanı yağı ilə yağlamaq olar. Pipet ilə damcılatmaq olmaz, çünki nəfəs yoluna gedə bilər. Ancaq iki yaşdan sonra pipet olar. Bu zaman yağ onun nəfəs yoluna getsə belə öskürüb çıxara biləcək. 3-5 yaşlı uşaqlarda isə gündə 3-4 dəfə hər buruna 1-2 damcı tökmək olar”.
Həkimin sözlərinə görə, çaytikanı yağı həm təbii antibiotik kimi təsir edir, həm yarasağaldır, həm də selikli qişanın müdafiə işinə kömək edir:
"Çaytikanı yağı ilə inhalyasiya da yaxşıdır. Bir litr suya iki damcı çaytikanı, iki damcı evkalipt yağı inhalyasiyası burun-boğaz, öskürək narahatlıqlarında effektivdir. Təbii ki, həkimlə məsləhətləşmək şərti ilə. Onu da deyim ki, uşaq öskürən kimi "Berodual”, "Ventolin”, "Pulmicort” kimi həblərə qaçmayın. İnhalyasiyanı sadə çay sodasının köməyi ilə də yüngülləşdirmək olar. Kimyəvi dərmanların lazımlı olduğunu isə ancaq həkim təyin etməlidir”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qubada kanaldan meyit tapılıb
16:06 07.09.2026
Hadisə
AZAL: Uçuşların sayı 3 ildə təxminən iki dəfə artıb
15:49 07.09.2026
İnfrastruktur
Davutoğlu bu gün ifadə verəcək
14:53 07.09.2026
Dünya
Tərtərdə 52 yaşlı kişi güllələnib, saxlanılan var - YENİLƏNİB-1
14:33 07.09.2026
Hadisə
İpoteka və Kredit Zəmanət Fonduna yeni sədr təyin edilib
14:16 07.09.2026
Gündəm
“Mexiko” sözünü sildi, “Amerika” yazdı - Trampdan yeni xəritə şousu
13:37 07.09.2026
Dünya
Kobaxidze istefa verməyə hazırlaşmadığını bildirib
13:22 07.09.2026
Region
Vladimir Putin Azərbaycan Prezidentinə zəng edib
13:16 07.09.2026
Gündəm
Məsud Pezeşkian: Məni öldürsələr...
13:11 07.09.2026
Dünya
Sabah Bakıda yağış yağacaq
12:46 07.09.2026
Ekologiya
İran nümayəndə heyəti ABŞ-yə səfər etmək istəyir
12:42 07.09.2026
Dünya
Zəngəzur dəhlizinə görə yeni güzəştlər olacaq
12:29 07.09.2026
Gündəm
İndoneziyada bazarda yanğın olub, 11 nəfər ölüb
12:23 07.09.2026
Dünya
Bloomberg: Avropada heyvan yemi qıtlığı yaranıb
11:50 07.09.2026
Dünya