"Ölkəmizdə təxribat törətmək istəyənlər keçmiş məhbus və radikallardan istifadə edir"
11:18 17.07.2018
Arxiv
965
"Gəncə hadisələri xarici ölkələrin Azərbaycandakı uzantılarından başqa bir şey deyil. Buna artıq şübhə etmirəm”.
Bunu "Sherg.az”a millət vəkili Tahir Kərimli söyləyib.
Onun fikrincə, hadisələri törədənlərin sosial məsələləri, dini vasitələri və digər bəhanələri ön plana çəkməsi sadəcə təfərrüatdır:
"Əsas məsələ odur ki, Azərbaycan Respublikası müstəqil siyasət həyata keçirə bilir. Dövlətin 100 illik yubileyimizlə bağlı proqramında da göstərildi ki, öz ərazi bütövlüyünü təmin etməyə qadir olan, uğurla inkişaf edən qonşu dövlətlərlə, beynəlxalq təşkilatlar və ölkələrlə balanslı siyasət yürüdən ölkəmiz daxili və xarici siyasətdə ciddi nailiyyətlərə müəssər olur. Ona görə bəzi qüvvələr Azərbaycan kimi mürəkkəb geosiyasi mövqedə yerləşən dövlətin davamlı uğurlar qazanması ilə barışa bilmirlər. Dövlətimizin təməli sağlam şəkildə qoyulub. Torpaqlarımızın işğaldan azad edilməsi üçün ordumuz gündən-günə güclənir. Əhalinin rifahı və iqtisadi inkişafını təmin etmək üçün davamlı islahatlar aparılır, tədbirlər həyata keçirilir. Xalq öz dövlətinə, öz rəhbərliyinə inanır, gələcəyinə böyük ümidlər bəsləyir. Bütün bu inkişafın qarşısını almaq üçün təbii ki, xarici qüvvələr fəaliyyətə keçəcəkdir”.
T.Kərimlinin sözlərinə görə, təxribat törətmək istəyən qüvvələr müxtəlif vasitələrdən istifadə etməyə çalışır:
"Vaxtilə Azərbaycanda "Talış-Muğan respublikası”, "Sadval" problemi, dini qarşıdurmalar və s. mövcud idi. Amma hazırda bu kimi pozuculuq əməlləri ilə ölkədə təxribatlar törətmək mümkün deyil. Belə məqamda islam dininin ayrı-ayrı məzhəblərinin bir-birini qəbul etməməsi, radikal dindarların qanunsuz hərəkətləri dövrəyə girdi. Bəziləri, həqiqətən, İranın təsirindədir və ya din adı ilə terror törədənlərin cənnətə düşəcəyinə inanır. Təxribat törətməyə çalışanlar isə əvvəllər cinayət əməlləri törətmiş, məhbus həyatı yaşayan, hədsiz radikal şəxslərdən istifadə edir, Azərbaycan dövlətinə qarşı istifadə edirlər. Bununla öz vətəndaşlarımız ölkəmizdə sabitliyi pozmağa cəhd edirlər. Bəzi separatçı dairələr isə daxildə buna dəstək göstərirlər. Azərbaycanı sevməyən, hansısa mərkəzlərdən idarə olunan belə ünsürləri zərərsizləşdirmək üçün daim tədbirlər görmək lazımdır”.
Qeyd edək ki, iyulun 10-da Gəncə şəhərində ictimai asayişi pozmağa cəhd göstərərək, xidməti vəzifələrini yetirən polis əməkdaşına küt və kəsici-deşici alətlərlə hücum edib, qətlə yetirmiş Gəncə şəhər sakini, 1988-ci il təvəllüdlü Böyükkişiyev Rəşad Məmmədəli oğlu ilə bağlı əməliyyat tədbirləri həyata keçirilib. Cinayətkar Şəmkir rayonu, Moranlı kəndi ərazisində saxlanılarkən hüquq mühafizə orqanları əməkdaşlarına atəş açaraq, silahlı müqavimət göstərib və əlində olan qumbaranı istifadə etməyə cəhd edib. Bu zaman o, DİN-in Bakı şəhərindən getmiş xüsusi təyinatlı dəstəsi - "Aslanlar" tərəfindən məhv edilib.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm