Ollandan Makrona səsləndi: "Hərəkatı düzgün idarə etmədin"




Fransanın sabiq prezidenti Fransua Olland xələfi Emmanuel Makronu "Sarı jiletlilər” hərəkatını düzgün idarə etməməkdə ittiham edib.

Axar.az xəbər verir ki, bu barədə eks-prezident Belçikada yayımlanan "Le Soir" qəzetinə bildirib.

"Makron tələbləri daha tez yerinə yetirsəydi, aksiyaların şiddətini azalda bilərdi", - Olland qeyd edib.

O, "sarı jiletlilər”in qəzəbli olmasında özünün də məsuliyyət payı olduğunu, aksiyaların yaratdığı problemin tezliklə həll edilməsinin lazım olduğunu söyləyib.