Ombudsman Aparatının nümayəndələri Babək Həsənovla görüşüb
12:57 21.05.2019
Arxiv
756
Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri tərəfindən əvvəlcədən xəbərdarlıq etmədən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 6 saylı cəzaçəkmə müəssisəsində başçəkmə həyata keçirilib.
Ombudsman Aparatından ONA-ya verilən məlumata görə, MPQ-nin həkim üzvünün də iştirak etdiyi başçəkmə çərçivəsində rəftar məsələlərinin araşdırılması ilə bağlı həmin müəssisədə cəza çəkən bir sıra məhkumlar, o cümlədən Babək Həsənov da qəbul edilərək konfidensial qaydada dinlənilib və müraciətlər yerində araşdırılıb.
B.Həsənov MPQ-nin üzvləri ilə görüş zamanı müəssisəyə gətirildiyi gündən yeni məhkumlar üçün nəzərdə tutulmuş karantin hissəsində yerləşdirildiyini və hazırda isə ümumi yaşayış sahəsində olduğunu bildirib.
Qeyd olunmalıdır ki, Cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları cəzaçəkmə müəssisələrinə yeni daxil olmuş bütün məhkumların bir gün ərzində kompleks sanitar təmizləmədən və tibbi müayinədən keçdikdən sonra iki həftəyədək müddətə karantin sahələrində yerləşdirilməsini nəzərdə tutur.
Görüş əsnasında məhkum B.Həsənov müəssisəyə gətirildiyi ilk gündən ailə üzvləri ilə telefonla danışmasına və yaxınları ilə də görüşünə normal şərait yaradıldığını, habelə müəssisədə saxlanılma şəraiti və müəssisə əməkdaşlarının onunla rəftarı ilə də bağlı narazılığının olmadığını bildirib. B.Həsənov tibbi müayinədən də keçirilib.
BMT-nin "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"sının Fakültativ Protokolu və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununun tələbləri əsasında təşkil olunmuş başçəkmədə məqsəd müəssisədə saxlanma şəraitinin və rəftarın, habelə daxil olmuş müraciətlərin araşdırılması, məhkumların hüquqlarının təmin olunması, müvafiq şəkildə sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olub.
Qeyd edək ki, B.Həsənov AXCP üzvüdür.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gəncədə 70 yaşlı kişinin meyiti tapıldı
21:23 06.10.2026
Hadisə
16 yaşlı qızını nişanlayan ata cərimələndi
21:00 06.10.2026
Sosial
Rusiyadan AZAL qəzası ilə bağlı yeni açıqlama...
20:50 06.10.2026
Aktual
Allahşükür Paşazadə Qazaxıstanın Vitse-prezidenti ilə görüşdü
20:38 06.10.2026
Gündəm
Ayı qəbri qazaraq qadın meyitini apardı
20:17 06.10.2026
Dünya
İranda 70 siyasi məhbus edam edildi
20:02 06.10.2026
Region
Azərbaycanda növbəti ADEX sərgisinin keçiriləcəyi tarix açıqlanıb
19:53 06.10.2026
Hərbi
39 yaşlı ƏFSANƏ: Messi Argentina millisində son oyununa çıxır
19:46 06.10.2026
Futbol
Ərdoğandan universitetlərə süni intellekt xəbərdarlığı
19:41 06.10.2026
Gündəm
Məktəb direktoru onkoloji xəstəlikdən vəfat etdi
19:37 06.10.2026
Hadisə
Qadınlar kişilərdən daha çox ağrı hiss edir - ARAŞDIRMA
19:33 06.10.2026
Sağlamlıq
Yeni qatarlar Bakıda tıxacları azalda bilər - EKSPERT
19:27 06.10.2026
İnfrastruktur
Ayı qəbri qazaraq qadın meyitini apardı
19:15 06.10.2026
Hadisə
Ermənistan və Litva müdafiə sahəsində əməkdaşlıq edəcək
19:08 06.10.2026
Cənubi Qafqaz
Hörmüzdə ticarət gəmisi vuruldu: 12 yaralı
18:33 06.10.2026
Dünya