"Ombusdman qanunvericiliyi izləmir, bu dəyişiklik 1 il 6 aydır edilib"






"Ombudsmanın səsləndirdiyi fikir 1 il 6 aydır ki, cinayət məcəlləsində mövcuddur”
Bunu "Sherg. az”a Ombudsmanın sosial şəbəkələrin hüquqi tənzimləməyə ehtiyacı var" fikirlərinə münasibət bildirərkən media hüququ üzrə ekspert Ələsgər Məmmədli bildirib.

Onun sözlərinə görə, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman)Elmira Süleymanovanın səlahiyyət müddəti keçən ildən başa çatıb. Lakin o yenə də həmin vəzifəni icra edir. Görünür, E. Süleymanova qanunvericiliyi təqib etməyib: 

"Tənzimlənmə sosial mediada anonim hesablardan bu və ya digər formadan üçüncü şəxsə zərər verən, şərəf və ləyaqətini təhqir edənlərlə bağlı deyil. Bu tənzimlənmə 2016- cı ilin noyabr ayından var. Cinayət məcəlləsinə 148. 1-ci maddə kimi əlavə olunub. Orada da bunun hamısı göstərilib. Ombudsman belə bir söz deyibsə, deməli onda qanunvericiliyin dəyişim tendensiyasını izləməyib. Belə bir nəticəyə çıxarıb ki, sosial mediada anonim profillərlə başqalarını təhqir edənlərin məsuliyyəti yoxdur. Buna görə də tənzimlənməlidir. Halbuki, bununla bağlı cinayət məcəlləsinə maddə əlavə olunub".

Qeyd edk ki, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova da sosial şəbəkələrədn gileynlənib. O qeyd edib ki, cəmiyyətdə xüsusi narahatlıq doğuran həlli vacib məsələlərdən biri də ayrı-ayrı fərdlərin sosial şəbəkələrdən istifadəsi zamanı özgə adlar altında qeydiyyatdan keçərək və cəzasızlıq mühitindən istifadə edərək başqalarının şərəf və ləyaqətinə xələl gətirən, işgüzar nüfuzunu ləkələyən ifadə, habelə audio və ya video görüntülərdən istifadə hallarıdır.
Odur ki, vətəndaşların şəxsi həyatına qanunsuz müdaxilələrin qarşısının alınması, onların şərəf və ləyaqətinin müdafiəsi hüququnun daha etibarlı müdafiəsi və pozulması hallarının qarşısının alınması məqsədilə informasiya texnologiyalarından, sosial şəbəkələrdən istifadənin hüquqi tənzimlənməsinə ehtiyac var”.

Kənan Eynuroğlu