Onlar saxta sənədlərlə tutuldular
08:05 25.07.2018
Arxiv
488
“Hansısa əcnəbi Azərbaycana ailəsi, uşaqları ilə birlikdə gəlirsə, deməli, onların məqsədi daimi məskunlaşmaqdır”
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) dövlət sərhədinin etibarlı mühafizəsinin təmin olunması sahəsində tədbirləri uğurla davam etdirir.
DSX-nin mətbuat mərkəzindən verilən məlumata görə, xidmətin əməkdaşlarının sayıqlığı və peşəkarlığı sayəsində son günlər dörd əcnəbi vətəndaşın saxta sənədlərlə Azərbaycan Respublikasının dövlət sərhədindən keçmək, iki nəfər Azərbaycan Respublikası vətəndaşının isə ölkə ərazisinə qaçaqmal keçirmək cəhdinin qarşısı alınıb. Qeyd edək ki, saxta sənəd ilə Azərbaycan sərhəddini keçməyə cəhd edən şəxslər arasında uşaqlar da olub.
Miqrasiya üzrə ekspert Azər Allahverənovun sözlərinə görə, əgər hansısa əcnəbi Azərbaycana ailəsi, uşaqları ilə birlikdə gəlirsə, deməli, onların məqsədi daimi məskunlaşmaqdır.
İnsanların bir ölkədən başqa bir əcnəbi ölkəyə miqrasiya etməsinin müxtəlif səbəbləri olduğunu vurğulayan ekspert hesab edir ki, oların öz ölkələrini ailəlikcə tərk etməsinin bir səbəbi də həyatları üçün ciddi təhlükələrin olma ehtimalıdır:
"Ortada müəyyən ciddi faktlar olduğuna görə, ölkələrini öz sənədləri ilə tərk edə bilməyəndə saxta sənədlərlə bu planlarını gerçəkləşdirməli olurlar. Konkret hadisənin detalları verilmədiyi üçün dəqiq bir söz detyə bilmərəm. Bu şəxslər ölkə sərhəddini qanunsuz şəkildə keçməyə çalışıblar və müvafiq şəxslər tərəfindən saxlanılıblar. Biz o şəxslərin Azərbaycanda hansı sahə üzrə fəaliyyət göstərəcəklərini bilmirik. Bəlkə də qeyri-qanuni fəaliyyət sahələri ilə məşğuldurlar. Faktiki olaraq, bu şəxslər ölkəmizə saxta sənədlə giriş etmək niyyətində olublar. Deməli, burada bilinməyən məqamlar var. Bəlkə də Azərbaycanda da ikinci bir ölkəyə keçmək niyyətində olublar”.
A.Allahverənovun sözlərinə görə, ölkə ərazisinə saxta sənədli insanların daxil olma cəhdi ciddi bir siqnaldır. Təbii ki, şəxs Azərbaycana saxta sənədlə gəlməyə cəhd edibsə, deməli, bu ölkənin ərazisində olduğu müddətdə digər prosedurları da qanunsuz yollarla reallaşdırmağa çalışacaq.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm
Avropa Parlamentinin sədri Paşinyana bürünc medal hədiyyə etdi
16:31 03.11.2026
Siyasət
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib - SƏRƏNCAM
16:23 03.11.2026
Gündəm
Avropaya raket atmaq İran üçün fəlakət olar - Politoloq
16:21 03.11.2026
Aktual
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
15:58 03.11.2026
Hadisə
Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başlayıb
15:47 03.11.2026
Cəmiyyət
Parlamentdə 2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır
14:42 03.11.2026
Gündəm
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
14:29 03.11.2026
Dünya
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
13:52 03.11.2026
Cəmiyyət
Mobil telefonlar da POS-terminal sayılacaq
13:45 03.11.2026
İqtisadiyyat
İrandan gözlənilməz açıqlama: Artıq nüvə silahımız da var
13:38 03.11.2026
Son dəqiqə