"Opinion Way"in sorğusuna sözardı: “Xalq öz gələcəyini inandığı liderə bağlayır”
07:09 10.04.2019
Arxiv
492
"Fransanın "Opinion Way" şirkətinin sorğusu tamamilə reallığı əks etdirir”.
Bunu "Sherg.az”a açıqlamasında "İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.
Baş redaktor bildirib ki, xalqın yüksək etimadı Prezident İlham Əliyevin gördüyü çoxsaylı müsbət işlərə verilən qiymətdir:
"Dövlət başçısının ölkə vətəndaşlarına olan hərtərəfli və həssas münasibəti xalqın öz liderinə olan inamını artırır. Sorğu müxtəlif sahələri əhatə etməklə çox geniş hazırlanıb. Əminliklə demək lazımdır ki, bugün prezident seçkisi keçirilərsə, əhali yüksək səs çoxluğu ilə növbəti dəfə ölkə başçısı İlham Əliyevə səs verəcək. Çünki dövlət başçısının gördüyü işlər, yeritdiyi daxili və xarici siyasət, iqtisadi islahatları göz önündədir. Prezident xalq qarşısında verdiyi sözlərin hamısına əməl edir, vədlərini yerinə yetirir, əhalinin sosial vəziyyətini daim diqqət mərkəzində saxlayır”.
V.Rəhimzadənin sözlərinə görə, Azərbaycan iqtisadiyyatı bir il ərzində kifayət qədər uğurla inkişaf edib:
"Ölkənin siyasi həyatında böyük uğurlar əldə olunub. Sosial həyat şəraitimizin yaxşılaşmasında çoxsaylı qərarlar qəbul edilib. Əlbəttə, bunların hamısı insanların yaxşı yaşamasına yönəlmiş xidmətlərdir. Cənab Prezident davamlı və sistemli şəkildə bunları həyata keçirir. İnsanlarımız da qətiyyətli mövqelərini nümayiş etdirərək ölkə başçısının bir illiyini çox yüksək qiymətləndiriblər. Xalq cənab Prezidentə etimad edir və öz gələcəyini inandığı liderə bağlayır”.
Qeyd edək ki, ölkə başçısı İlham Əliyevin 1 illik prezident fəaliyyətini qiymətləndirmək üçün Fransanın "Opinion Way" şirkəti tərəfindən sorğu təşkil olunub. Şirkətin açıqladığı rəqəmlərə görə, respondentlərin 85 faizi ümumilikdə prezidentin fəaliyyətini müsbət dəyərləndirib. Respondentlərin 80,1 faizi ölkədəki mövcud ictimai-siyasi və sosial-iqtisadi sabitliyin qorunub saxlanılmasını Prezident İlham Əliyevin fəaliyyətinin ən uğurlu nəticəsi kimi qiymətləndirib. Sorğunun nəticəsində vurğulanıb ki, bugün seçki keçirilsə əhalinin 85 faizdən çoxu növbəti dəfə dövlət başçısı İlham Əliyevə etimad göstərəcək.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər - FOTO
16:16 12.10.2026
Aktual
Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
15:51 12.10.2026
Gündəm
Qaradağda məktəb direktorunun maşını yandırılıb
15:49 12.10.2026
Hadisə
Azərbaycan Türk Ocağı MÜRACİƏT ÜNVANLAYIB
15:47 12.10.2026
Aktual
Separatizmin sonu ədalət məhkəməsidir - RƏY
15:21 12.10.2026
Aktual
Putin Ukraynada seçki günü atəşkəsə hazırdır
15:12 12.10.2026
Dünya
Babək rayonunda üçəm doğulub
14:54 12.10.2026
Cəmiyyət
Şakira Qırğızıstana 30 milyon dollar qazandıracaq
14:51 12.10.2026
Mədəniyyət
Avropa İttifaqı Rusiyaya qarşı 1600 yeni sanksiya tətbiq edəcək
14:37 12.10.2026
Dünya
Lavrov: Zelenski atəşkəsə layiq deyil
14:31 12.10.2026
Dünya
“Şiddət heç vaxt çıxış yolu deyil” - EKSPERT
14:10 12.10.2026
Cəmiyyət
ATƏT sədri Gürcüstana səfər edəcək
13:56 12.10.2026
Dünya
Rusiyada azərbaycanlıların olduğu gəmi VURULDU
13:30 12.10.2026
Hadisə
“Bu, təhsilin inkişafına xidmət edir” - Misir Mərdanov
13:20 12.10.2026
Elm və Təhsil
Ətin qiyməti ilə bağlı RƏSMİ AÇIQLAMA
13:02 12.10.2026
İqtisadiyyat