Oqtay Gülalıyevin həyat yoldaşı Heydər Əliyev Fonduna təşəkkür etdi
09:15 22.05.2021
Arxiv
419
Hüquq müdafiəçisi Oqtay Gülalıyevin həyat yoldaşı Firuzə Gülalıyeva “Turan TV”-yə müsahibəsində ərinin müalicəsinin tam həkim nəzarətində olduğunu deyib.
O həyat yoldaşının səhhətində yaxşılaşma olduğunu diqqətə çatdırıb.
“Artıq əllərini hərəkət etdirir, nəsə demək istəyir. Həkimlər səs tellərinin düzələcəyini də deyiblər”, - deyə Firuzə.Gülalıyeva qeyd edib.
Onun sözlərinə görə, dövlətin, Heydər Əliyev Fondunun dəstəyi olmasaydı, Oqtay Gülalıyev aramızda deyildi.
Firuzə Gülalıyeva Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya göstərilən dəstəyə görə təşəkkür edib.
Xatırladaq ki, aldığı kəllə-beyin travması nəticəsində koma vəziyyətində olan hüquq müdafiəçisi Oqtay Gülalıyevin müalicəsinə Heydər Əliyev Fondu 2019-cu il noyabrın 4-dən etibarən zəruri dəstək göstərir.
Hadisədən sonra ailəsinin etdiyi müraciət nəzərə alınaraq, Oqtay Gülalıyevin Bakıdakı müalicəsi üçün Heydər Əliyev Fondu tərəfindən xaricdən əlavə mütəxəssislər də cəlb edilib.
Daha sonra ailəsi Oqtay Gülalıyevin müalicəsinin Türkiyədə davam etdirilməsinə qərar verdiyindən o, 2019-cu il noyabrın 6-da Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı əsasında ayrılmış xüsusi ambulans təyyarə ilə İstanbula aparılıb, burada Fondun maliyyə dəstəyi ilə Avrasiya və Amerikan xəstəxanalarında müvafiq əməliyyatlar həyata keçirilmiş və müalicə kursu təşkil edilib.
Həkimlərin rəyinə əsasən, Oqtay Gülalıyevin müalicəsi artıq ev şəraitində davam etdirilir. Bir il ərzində Oqtay Gülalıyevin müalicəsinə təşkilati və maliyyə yardımı göstərən Heydər Əliyev Fondu Oqtay Gülalıyevin Bakıda evində müalicəsinin təşkili üçün müvafiq şəraitin yaradılmasına da kömək edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Böyük hərbi plan: Aİ Ukrayna üçün 90 min hərbçi hazırladı
21:36 21.04.2026
Gündəm
Əli Əsədov Qazaxıstana işgüzar səfər edib
20:53 21.04.2026
Siyasət
Latviya Prezidenti Azərbaycana gəlib
20:38 21.04.2026
Rəsmi
Pakistan İrandan cavab gözləyir
20:30 21.04.2026
Dünya
2009-dan sonra doğulanlara ömürlük siqaret qadağası təsdiqlənib
20:07 21.04.2026
Sağlamlıq
“Son zəng” tədbirinin keçiriləcəyi tarix məlum olub
19:27 21.04.2026
Elm və Təhsil
CNN: Hörmüz boğazı ABŞ-İran danışıqlarının əsas mövzusu olacaq
19:04 21.04.2026
Dünya
Ukrayna "Drujba" neft kəmərinin təmirini başa çatdırıb
18:56 21.04.2026
Dünya
Putin sərhədyanı bölgələrdə vəziyyəti “çətin” adlandırıb
18:28 21.04.2026
Gündəm
İsmayıl Bəqai BƏƏ-də iranlıların həbsinə münasibət bildirib
18:10 21.04.2026
Dünya
Ermənistanın müdafiə naziri Gürcüstana gedib
18:03 21.04.2026
Region