"Orduda yeni birləşmələrin yaradılmasına ehtiyac yoxdur" - Polkovnik
11:15 27.11.2017
Arxiv
630
"Orduda yeni birləşmələr yaranmır, Azərbaycanda struktur cəhətdən birləşmələrin tərkibi müəyyənləşdirilib”.
Bu barədə "Sherg.az”a yenidən hazırlanan "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun layihəsinin 1.0.3 maddəsini izah edərkən ehtiyyatda olan polkovnik Şair Ramaldanov bildirib.
Onun sözlərinə görə, yeni birləşmələr müharibə, döyüşlər zamanı ehtiyac olduqda yarana bilər:
"Həmçinin səfərbərliklə əlaqədar yeni birləşmələr təsis edilə bilər. Təklif edilən yeni qanunda Silahlı Qüvvələr nədir, bunun yeri, vəzifələri, növləri və s. haqqında bəhs olunur. Vəzifələr səlahiyyətlər konkretləşdirilib.
Lakin hazırkı qanunda konkret olaraq yeni birləşmənin yaradılması öz əksini tapmayıb. Yenə də qanun hələlik müzakirə mərhələsindədir. Təsdiq olunarsa, mahiyyətini biləcəyik. Ümumiyyətlə isə hazırda Silahlı Qüvvələrdə yeni birləşmələrin yaradılmasına ehtiyac yoxdur.
Qeyd edək ki, yeni maddəyə görə, "Azərbaycan Respublikasının başqa silahlı birləşmələri – Silahlı Qüvvələrin tərkib hissəsi olmaqla bu qanunla müəyyən edilmiş xüsusi vəzifələri yerinə yetirən və hərbi xidmət nəzərdə tutulan dövlət orqanları, yaxud onların strukturlarına daxil olan qurumlardır. Başqa silahlı birləşmələrə aid olan dövlət orqanlarının və ya onların strukturuna daxil olan qurumların siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir". Qanun layihəsi dekabrın 1-də Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə