“...ordumuz Ermənistanı yer üzündən silməyə qadirdir” - Deputat
13:04 26.06.2018
Arxiv
567
"Düşünürəm ki, bu gün qətiyyətli fikirlər səsləndirən ali baş komandan gec-tez Azərbaycan ordusuna əmr verəcək, torpaqlarımızı öz gücümüzlə işğaldan azad edəcəyik”
Aysel Aslan,
"Prezident İlham Əliyevin hərbi parad zamanı səsləndirdiyi fikirlərin əsasında bu mesaj dayanırdı: "Biz toropaqlarımızı işğaldan azad edəcəyik, sadəcə bunun sülh yolu ilə baş tutmasını istəyirik” ”
Bunu "Sherg.az”a millət vəkili Elman Məmmədov ölkə başçısı İlham Əliyevin Azərbaycan ordusunun 100 İllik yubileyi münasibətilə bu gün baş tutan möhtəşəm hərbi paradda çıxışı zamanı toxunduğu çoxvektorlu məsələlərə münasibət bildirərkən deyib.
O söyləyib ki, düşmən və onun havadarları sülh danışıqlarına məhəl qoymasa, Azərbaycan hərb üsuluna əl atmalı olacaq:
"Hərbi paradda nümayiş olunan texnika və silahlar hərbi gücümüzün cüzi hissəsidir. Bütün bu güc sağlam düşünə bilməyən düşmənin üzərinə yağacaq. Ağlı yerində olan siyasətçilər və dövlət rəhbərləri bundan nəticə çıxarmalıdırlar. Ordumuzun 2016-cı ildəki aprel uğurları, Naxçıvan istiqamətində əraziləri işğaldan azad etməsi onun gücünü bir daha nümayiş etdirdi. Bayraqlarımız Azadlıq meydanında nümayiş etdirildikdə ölkə başçısının da dediyi kimi, bütün işğal olunmuş ərazilərimizdə dalğalanan bayraqlarımızı Azadlıq meydanına gətirəcəyik. Prezident cəsarətlə vurğuladı ki, biz torpaqlarımızı düşmən tapdağında qoymayacağıq.
Parad zamanı tək hərbi texnikalarımızın, müasir silahlarımızın nümayiş olunması deyil, güclü hərbi potensiala malik şəxsi heyətin qürurla addımlaması düşməni təlaşa salırdı. 100 illiklə bağlı paradda Azərbaycan döyüş təyyarələri havaya qalxdı, pilotlarımız bir çox çətin manevrlərin öhdəsindən məharətlə gəldi. Bütün bunlar tək düşmənə deyil, onun havadarlarına da güc nümayişidir.
Prezident İlham Əliyev çıxışı zamanı vurğuladı ki, 90-cı illərin əvvəllərində Azərbaycanın hərbi potensialı elə də yüksək deyildi. Orduda vahid komandanlıq yox idi, yenicə müstəqil olan Azərbaycanın özünümüdafiəsi zəif idi.
Düşmən isə bundan məharətlə istifadə etdi. İndi isə Azərbaycan ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer alıb. Güclü hərbi texnikası, kadr hazırlığı olan ordumuz Ermənistan kimi cırtdan dövləti yer üzündən silməyə qadirdir. Amma Prezident də münaqişənin sülh yolu ilə həll edilməsinə çalışdığını dəfələrlə bəyan etdi, Görünür ki, düşmən deyilənlərdən nəticə çıxarmağa qadir deyil. Ona görə, düşünürəm ki, bu gün qətiyyətli fikirlər səsləndirən ali baş komandan gec-tez Azərbaycan ordusuna əmr verəcək, torpaqlarımızı öz gücümüzlə işğaldan azad edəcəyik”.
Qeyd edək ki, bu gün Azərbaycan ordusunun 100 İllik yubileyi münasibətilə, Bakının Azadlıq Meydanında möhtəşəm hərbi parad keçirilib. Paradda çıxış edən Ali baş Komandan İlham Əliyev ordumuzun qüdrəti və bu istiqamətdə qarşıda duran bir sıra məsələlərə toxunub. Prezident qeyd edib ki, Azərbaycan heç vaxt işğalla barışmayacaq və öz ərazi bütövlüyünü bərpa edəcək: "Naxçıvan əməliyyatı göstərdi ki, Azərbaycan Ordusu güclü ordudur və istənilən vəzifəni yerinə yetirə bilər. Bu gün hərbçilərimiz ermənilərin ərazimizdə qazdıqları səngərlərdə xidmət göstərirlər”
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
21:57 04.11.2026
Dünya
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
20:17 04.11.2026
Futbol
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat