Bu silahlı birləşmənin bütün təlimləri işğal altında olan ərazilərimizin azad olunması üçün həyata keçiriləcək geniş miqyaslı əməliyyatların öyrənilməsi və təkmilləşdirilməsi məqsədini daşıyır. Bu baxımdan da ordunun təlimlərinin sayı artırılıb.
"Ordumuzdan düşmənə İSMARIC: “Azərbaycan müharibəyə hazırdır !”
11:16 17.09.2018
Arxiv
740
"Orduda həyata keçirilən bütün hərbi təlimlər döyüşə hazırlıqdır”.
Bunu "Sherg.az”a açıqlamasında hərbi ekspert Ramil Məmmədli deyib.
Ekspert bildirib ki, hərbi təlim ordunun arsenalında olan silahların, yeni texnikaların istifadəsi üçün ən uyğun poliqondur:
"Bundan başqa təlimdə hərbi birləşmələr və qərargah qarşılıqlı təmas şəklində əməliyyatların idarə olunması bacarığını təkmilləşdirir. İrimiqyaslı təlimlərdə isə ordu bir orqanizm kimi fəaliyyətini qurur və qarşıya çıxan problemləri təlim formatında aradan qaldırır. Azərbaycan Ordusu isə müharibə şəraitində formalaşan, təkmilləşən və müasirləşən ordudur.
Bu silahlı birləşmənin bütün təlimləri işğal altında olan ərazilərimizin azad olunması üçün həyata keçiriləcək geniş miqyaslı əməliyyatların öyrənilməsi və təkmilləşdirilməsi məqsədini daşıyır. Bu baxımdan da ordunun təlimlərinin sayı artırılıb. Azərbaycan Ordusunun ayrı-ayrı hərbi birləşmələr üzrə demək olar ki hər ay, genişmiqyaslı formatda isə təlimləri ildə bir neçə dəfə həyata keçirilir. Bununla da ordumuz düşmənə "Azərbaycan müharibəyə hazırdır” ismarıcını verir”.
R.Məmmədlinin sözlərinə görə, düşmənə növbəti mesaj bu il iki dəfə keçirilən hərbi paradlarla verildi:
"Sentyabrın 15-də Bakının işğaldan azad edilməsinin 100 illiyi münasibətilə keçirilən parad, iki gün sonra hərbi təlimlərin başlanması Azərbaycanın mövqeyinin bir daha nümayişidir. Bu mövqedə Azərbaycan öz torpaqlarının hərbi yolla azad olunması üçün döyüşlərə hazır olduğunu bəyan edir.
Xüsusilə qeyd etmək lazımdır ki, ordumuzun təlimlərinin artması çox təqdirəlayiq haldır. Bu təlimlər ordumuzun güclənməsinə və ölkəmizin təhlükəsizliyinin təmin olunmasına xidmət edir”.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən sentyabrın 17-dən Azərbaycan Ordusunun müxtəlif qoşun növləri, qismləri, birlik və birləşmələrinin iştirakı ilə genişmiqyaslı əməliyyat-taktiki təlimləri başlayıb. Sentyabrın 22-dək davam edəcək təlimlərə 20 mindən artıq şəxsi heyət, 200-dən çox tank və digər zirehli texnika, 120-dən çox müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 10-dək qırıcı və bombardmançı, 20-dək müxtəlif təyinatlı ordu aviasiyası cəlb edilib.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət