"Orduya ayrılacaq vəsaitin azalacağını deyirdilər, yanıldılar"- EKSPERT



Ordu quruculuğuna ayrılan vəsaitlərin artırılması hərbi yüksəlişə gətirib çıxaracaq.

Bunu Sherg.az-a müdafiə sahəsinə ayrılan büdcənin artırılmasına münasibət bildirərkən ehtiyatda olan polkovnik-leytenant, əməkdar jurnalist İbrahim Rüstəmli deyib. 

Hərbiçi ekspert bildirib ki, müharibə şəraitində yaşayan dövlətin ordu quruculuğuna diqqəti artırması gözlənilən addımdır: 

"Son dövrlərdə orduya aid planların geniş həyata keçirilməsi üçün nəzərdə tutulmuş vəsaitlər büdcədən vaxtında və artan xətlə ayrılır. Müdafiə sahəsində xərcin artması ölkəmizin təhlükəsizliyinə dövlət başçısı səviyyəsində diqqət göstərilməsinin nümunəsidir. Bəzi ekspertlər manatın devalvasiyasının nəticəsi olaraq, orduya ayrılan vəsaitlərin azalacağını iddia etdilər. Lakin göründüyü kimi bu şərhlər özünü doğrultmadı. Hazırda Azərbaycanda hərbi sahəyə geniş diqqət ayrılır. Bu tədbirlər ordunun döyüş hazırlığında, intizamın artırılmasında və digər məsələlərdə özünü doğruldacaq. Orduya göstərilən qayğının nəticəsində yeniliklərin müşahidə olunmasının şahidi ola bilərik”.

Qeyd edək ki, Milli Məclisdə büdcə müzakirələri zamanı Azərbaycanın müdafiəsi sahəsinə ayrılan vəsaitlərin artırılması qərara alınıb.

Aysel Aslan