"Orta məktəblərdə dinin tədrisindən söhbət gedə bilməz" - DİNİ KOMİTƏ
14:15 22.08.2017
Arxiv
377
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi orta məktəblərdə dini tədrisin əleyhinədir.
Komitənin sədr müavini Gündüz İsmayılov APA-ya açıqlamasında bildirib ki, Azərbaycanda qanunvericiliyə əsasən, dövlət təhsil sistemi dindən ayrıdır, bu baxımdan orta məktəblərdə dinin tədrisindən söhbət gedə bilməz.
"Amma dinşünaslıq, dini-idraki, dini-fəlsəfi fənlər, müqəddəs kitabların əsasları ilə tanışlıq dövlət təhsil müəssisələrinin tədris proqramına daxil edilə bilər. Azərbaycanda dini durumun, o cümlədən dindarlaşma prosesinin təhlili və dünyəvi ölkələrin təcrübəsi təsdiqləyir ki, böyüməkdə olan gənc nəslə dini biliklərin verilməsi olduqca vacibdir. Bunun üçün ən münasib məkan təhsil müəssisələridir. Əgər gənclərə dini biliklər doğru yerdə və doğru insanlar tərəfindən verilməsə, bu boşluğu başqaları - radikal, məzhəbçi dini qruplar doldurmağa çalışacaqlar.
Buna görə də, təhsil müəssisələrində gənclərə bütün dinlər, xüsusilə İslam dini, onun mahiyyəti barədə ətraflı məlumat verilməsi çox önəmlidir. Bu məlumatların şagirdlərə neçənci sinifdə, hansı formada və ya hansı fənn daxilində çatdırılması isə daha çox pedaqoji məsələdir. Dinlər barədə dərsliklərdə olan məlumatların isə genişləndirilməsinə ehtiyac duyulur. Hazırda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu sahədə öz hüquq və səlahiyyətləri daxilində aidiyyəti qurumlarla əməkdaşlıq edir”, - deyə G. İsmayılov bildirib.
Qeyd edək ki, orta məktəblərdə din dərsinin ayrıca fənn kimi tədris olunması ilə bağlı müxtəlif təkliflər səslənir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Millətlər Liqası: Fransa Türkiyəni məğlub edib
02:57 26.09.2026
Futbol
Keti Perri Bakıda bayrağımızı dalğalandırdı
01:59 26.09.2026
Şou
Azərbaycan və Seneqal arasında memorandum imzalanıb
01:20 26.09.2026
Siyasət
İran ABŞ-yə Hörmüz boğazı ilə bağlı yeddi günlük plan təqdim edib
00:58 26.09.2026
Gündəm
Hakan Fidan ABŞ-da Abbas Əraqçi ilə görüşüb
00:40 26.09.2026
Region
Dünya ulduzunun Rusiyadakı konsertləri ləğv edildi
23:13 25.09.2026
Şou
Bu ölkədə benzin rekord qiymətə qalxdı
22:41 25.09.2026
Dünya
Putin: Rusiya Avropa ilə hərbi əməliyyatlara hazırlaşmır
21:49 25.09.2026
Aktual
Ərdoğan BMT-də Netanyahuya ad çəkmədən mesaj verdi
21:33 25.09.2026
Gündəm
Ermənistan-Rusiya münasibətləri daha da pisləşə bilər - Politoloq
21:30 25.09.2026
Siyasət
Putin Si Cinpin və Trampın danışıqları barədə: “Qısqanmıram”
21:09 25.09.2026
Dünya
Çətir və gödəkçələri hazırlayın: 7-8 gün yağış yağacaq
20:42 25.09.2026
Ekologiya
Rusiya ordusu Kiyevə zərbə endirdi: ölənlər var
20:37 25.09.2026
Gündəm
Azərbaycanın U-21 millisi Çexiya millisi ilə heç-heçə etdi
20:29 25.09.2026
Futbol