Oskürəkdən təbii yolla necə xilas olaq? - Sınanmış resept




Öskürək ayrı xəstəlik deyil, bir çox hallarda soyuqdəymənin simptomu kimi meydana çıxır.

Sherg.az xəbər verir ki, öskürək orqanizmin müdafiə mexanizmidir. Öskürəyin köməyi ilə nəfəs yollarımız xəstəlik zamanı burada yığılan mikroblar, toksinlər, selik və s.-dən azad olur.

Öskürəyin aradan qaldırılması prosesini tezləşdirmək üçün daha çox ilıq maye qəbul edin. belə olan halda selik durulaşır və onun xaric olunması asanlaşır.

Bəzi xalq təbabəti vasitələri nəfəs yollarının daha tez təmizlənməsinə kömək edir. Sizə ən sınanmış reseptlərdən birini təqdim edirik:

1 çay qaşığı biyan kökü, 1 çay qaşığı dəvədabanı, 1 çay qaşığı bağayarpağı 1 stəkan qaynar suda 30 dəqiqə ərzində dəmləyin, süzün və gün ərzində qəbul edin. Bu otlar bəlğəmgətirici və iltihabəleyhinə təsir edir, öskürəyin sağalmasını tezləşdirir.

Öskürək 1 həftədən çox davam edir, artır bəlğəmdə qan, irin əmələ gəlirsə, vaxt itirmədən həkimə müraciət edin. Bu ciddi xəstəliyin simptomu ola bilər.