Ötən il 38,8 milyon ton neft hasil edilib
10:58 29.01.2019
Arxiv
628
SOCAR 2018-ci il üzrə qazma, hasilat və ixrac göstəricilərini yayıb.
Şirkətdən Trend-ə verilən məlumata görə, il ərzində 160 min metrdən artıq qazma işi həyata keçirilib. Qaz hasilatı əvvəlki il ilə müqayisədə 7,2% artıb.
Ölkə üzrə 38,8 milyon ton neft və 30,49 milyard kubmetr qaz hasil edilib. Həmçinin SOCAR tərəfindən 23,88 milyon ton xam neft, 1,8 milyon neft emalı və neft-kimya məhsulları, 1,42 milyard. kubmetr qaz ixrac edilib.
Ötən il şirkət reallaşdırdığı təbii qazın 89%-ə yaxın hissəsini Azərbaycanın daxili tələbatına yönləndirərək, ölkədaxili tələbatı tam təmin edib.
2018-ci il üzrə SOCAR-ın əsas effektivlik göstəriciləri üzrə artım davam edib. İl ərzində SOCAR tərəfindən, əməliyyat şirkətləri və birgə müəssisələr istisna olmaqla, 160 min metrdən artıq qazma işi həyata keçirilib ki, bu da əvvəlki ilin müvafiq göstəricisi ilə müqayisədə 16,6% çoxdur.
2018-ci ildə SOCAR üzrə hasilat 7,54 milyon ton neft, 6,53 milyard kub metr qaz təşkil edərək, əvvəlki ilin analoji göstəriciləri ilə müqayisədə, müvafiq olaraq, 1,6% və 7,2% nisbətində yüksəlib. Ümumiyyətlə, 2018-ci ildə respublika üzrə 38,81 milyon ton neft və 30,49 milyard kubmetr təbii qaz hasil olunub. Beləliklə, illik neft hasilatı nisbətən sabit qalıb, qaz hasilatı isə 6,6% artıb.
Ötən il SOCAR tərəfindən 23,88 milyon ton xam neft ixrac olunub. Eyni zamanda Azərbaycandan 1,8 milyon ton emal olunmuş neft və neft-kimya məhsulu ixrac edilib.
SOCAR 11,2 milyard kubmetr həcmində təbii qazı Azərbaycanın daxili tələbatının təminatı məqsədi ilə istifadə edib. Beləliklə, birbaşa SOCAR tərəfindən bazarlarda reallaşdırılan təbii qazın 89%-ə yaxın hissəsi məhz Azərbaycanın daxili tələbatına yönləndirilərək, daxili tələbat tam ödənilmiş, qalan 2 milyard kubmetrə yaxın qaz həcmi qaz anbarlarına vurulub, 1,42 milyard kubmetr təbii qaz isə birbaşa SOCAR tərəfindən Türkiyə və Gürcüstan bazarlarına ixrac edilib.
Ötən il respublika üzrə təbii qazın ümumi ixracı 9,44 mlrd. kubmetr təşkil edib ki, bu da 2017-ci illə müqayisədə 11% çoxdur. Bütün ixracatçılar tərəfindən Türkiyə bazarına ümumilikdə 7,23 milyard, Gürcüstan bazarına isə 2,21 milyard kubmetr təbii qaz ixrac olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Kəpəz" "Turan Tovuz"u evdə məğlub edib
21:21 30.08.2026
Futbol
Politico: İslandiya Aİ-yə üzvlükdən balıqçılığa görə imtina edib
20:37 30.08.2026
Dünya
Leysan olacaq - XƏBƏRDARLIQ
19:37 30.08.2026
Ekologiya
Tramp Venesuela neftiylə ABŞ-ın Strateji Ehtiyatlarını bərpa edəcək
19:19 30.08.2026
Dünya
Maduro ABŞ-dəki həbsxanadan nəvələrinə və övladlarına foto göndərdi
19:00 30.08.2026
Dünya
Bu teleskop 2 milyard qalaktikanı müşahidə edəcək
18:42 30.08.2026
Dünya
Məsud Pezeşkian ŞƏT-in yubiley sammitində iştirak edəcək
17:50 30.08.2026
Aktual
Türkiyənin Qara dəniz sahillərində PUA tapıldı
17:33 30.08.2026
Son dəqiqə
Ancelina Coli Ukraynaya səfər etdi
16:25 30.08.2026
Şou
“Qalatasaray” Rafael Leaonu transfer etdiyini açıqlayıb
15:52 30.08.2026
Futbol
Şimali Kipr sahillərində sərnişin gəmisi batıb
15:06 30.08.2026
Son dəqiqə
Putinin bütün hədəfləri uğursuz oldu - Stubb
14:52 30.08.2026
Gündəm
Heyvanlara qayğı kütləvi maniyaya çevrilirsə... -ŞƏRH
14:04 30.08.2026
Sosial
Makronun reytinqi 21 faizə düşüb
13:30 30.08.2026
Dünya
Politoloq: Hindistan Rusiyanın enerji xilasına çevrilir
13:21 30.08.2026
Aktual