"Bir çox bölgələrdə pambıqçılıqla bağlı örüş sahələrinin ixtisara salınması, Aran ərazilərində bu cür kampaniya aparılması sahələrin azalmasına gətirib çıxarır. Nəticədə fermerlər öz mallarını ixtisara salmağa məcbur olur. Öz növbəsində bazar da buna reaksiya verir.
“Ötən il 7 manat olan ət, bu il 10-12 manatdır" - Səbəblər açıqlandı
15:49 23.08.2017
Arxiv
1116
Nazim Bəydəmirli:“Bir çox bölgələrdə pambıqçılıqla bağlı örüş sahələrinin ixtisara salınması, eyni zamanda benzinin qiymətinin artması bahalaşmaya gətirib çıxarır"
"Bir çox bölgələrdə pambıqçılıqla bağlı örüş sahələrinin ixtisara salınması, Aran ərazilərində bu cür kampaniya aparılması sahələrin azalmasına gətirib çıxarır. Nəticədə fermerlər öz mallarını ixtisara salmağa məcbur olur. Öz növbəsində bazar da buna reaksiya verir.
"Ötən il mal ətinin kiloqramı 7 manat idi, bu il isə 10-12 manatdır. Bəzi yerlərdə hətta daha yüksəkdir”.
Bu barədə "Sherg.az”a Qurban bayramı ərəfəsində ətin qiyməti ilə bağlı danışarkən iqtisadçı, ekspert Nazim Bəydəmirli deyib.
O bildirib ki, qiymət artımının müxtəlif səbəbləri var:
"Bir çox bölgələrdə pambıqçılıqla bağlı örüş sahələrinin ixtisara salınması, Aran ərazilərində bu cür kampaniya aparılması sahələrin azalmasına gətirib çıxarır. Nəticədə fermerlər öz mallarını ixtisara salmağa məcbur olur. Öz növbəsində bazar da buna reaksiya verir.Eyni zamanda benzinin qiymətinin artması ilə bağlı zəncirvari bahalaşma müşahidə olunur. Nəqliyyatda əsas istifadə olunan enerji vasitəsi olduğundan benzinin bahalaşması maya dəyərinə təsir edir.
Bundan əlavə, ətin qiymətinin artması bəzi bürokratik əngəllərlə də əlaqədardır. Fermerlərə şərait yaradılmır. Müxtəlif şəkildə onların torpaq sahələri məcburi əllərindən alınır. Sahibkarlığın yenə də ucuz resurslara çıxışı məhduddur və bu sahədə resurs çatışmazlığı var. Bütün bunlar tək ətin deyil, bütün istehlak mallarının qiymətinə təsir edir”.
Qeyd edək ki, Qurban bayramının qeyd olunması ilə əlaqədar bu ərəfədə əhali bazarlarda ətin qiymətinin 12 manata qədər bahalaşdığını deyir.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Keti Perri Bakıda bayrağımızı dalğalandırdı
01:59 26.09.2026
Şou
Azərbaycan və Seneqal arasında memorandum imzalanıb
01:20 26.09.2026
Siyasət
İran ABŞ-yə Hörmüz boğazı ilə bağlı yeddi günlük plan təqdim edib
00:58 26.09.2026
Gündəm
Hakan Fidan ABŞ-da Abbas Əraqçi ilə görüşüb
00:40 26.09.2026
Region
Dünya ulduzunun Rusiyadakı konsertləri ləğv edildi
23:13 25.09.2026
Şou
Bu ölkədə benzin rekord qiymətə qalxdı
22:41 25.09.2026
Dünya
Putin: Rusiya Avropa ilə hərbi əməliyyatlara hazırlaşmır
21:49 25.09.2026
Aktual
Ərdoğan BMT-də Netanyahuya ad çəkmədən mesaj verdi
21:33 25.09.2026
Gündəm
Ermənistan-Rusiya münasibətləri daha da pisləşə bilər - Politoloq
21:30 25.09.2026
Siyasət
Putin Si Cinpin və Trampın danışıqları barədə: “Qısqanmıram”
21:09 25.09.2026
Dünya
Çətir və gödəkçələri hazırlayın: 7-8 gün yağış yağacaq
20:42 25.09.2026
Ekologiya
Rusiya ordusu Kiyevə zərbə endirdi: ölənlər var
20:37 25.09.2026
Gündəm
Azərbaycanın U-21 millisi Çexiya millisi ilə heç-heçə etdi
20:29 25.09.2026
Futbol