"Dövlətin strateji yol xəritələrinə diqqət yetirsək, qeyri neft sektorunun inkişafını müşahidə edərik”
Bu sözləri "Sherg.az”a iqtisadçı-ekspert Rəşad Həsənov deyib.
Onun bildirdiyinə görə, məsələ ondan ibarətdir ki, ümumilikdə götürəndə qeyri- neft sektorunun inkişafına 2015-ci ildən sonra təşşəbüs götərilib:
"2016-cı ilin dekabrında bu istiqamətdə geniş tədbirlər sistemini həyata keçirmək üçün strateji yol xəritələri bərpa olundu.
Strateji yol xəritələrinin iki istiqaməti əsas götürülür. Dövlət başçısının da bu yöndə konkret hədəfi və planları müəyyənləşdirilib.
Azərbycanda malliyə sabitliyinin təmin edilməsi, məzənnə siyasətinin dəyişikliyinin çağrışlara uyğunlaşdırılması istiqamətində müəyyən addımlar atıldı.Və bu onun nəticəsidir ki, hazırda ölkədə manatın məzənnəsində müəyyən qədər stabilləşmə müşahidə olunur. Əsas istiqamətlərdən biri də qeyri-neft məhsullarının ixracının artırılması istiqamətində mexanizimlərin hazırlanması məsələsidir. Çünki Azərbaycanda 2015-ci il böranının əsas səbəblərindən biri ölkənin neftdən daha çox aslı olması idi. Bu da ölkəyə valyuta axınının kəskin azalması və neqativ balansın yaranmasına gətirib çıxardı. Bu mərhələnin aradan qaldırılması üçün ixracın subsidyalaşdırılması mexanizimi ilk dəfə Azərbaycandə tətbiq olunmağa başlanıb. Məlum mexanizim demək olar ki işləyir. Eyni zamanda Azərbaycan brendinin tanıdılması və ölkədə istehsal olunan məhsulların ixracı istiqamətində sahibkarlara birbaşa dəstək proqramlarının tətbiq edilməyə başlanıb. Bura məhsulların tanıtımı və Azərbaycanın beynəlxalq sərgilərdə iştirak etməsi və.s məsələlər daxil ola bilər. Ümumi nəticə olaraq bunun götürsək, 2017-ci ildə qeyri-neft ixracında 22 faiz artım baş verib. Həmin artım təxminən 200 milyon ABŞ dolları deməkdir və bu, çox kiçik bir rəqəmdir".
Ekspertin qənaətincə, ixracın təşviqi mexanizimləri ilə paralel olaraq ölkədə biznesin ikişaf etdirilməsi nəticəsində istehsalın artmasına ehtiyac var:
"Yəni ixrac mexanizimləri sadələşdirilsin və eyni zamanda bu istiqamətdə dövlət dəstəyi olsun. Amma eyni zamanda yerli istehsal elə səviyyədə olmalıdır ki, beynəlxalq proqramlarda rəqabət apara bilsin. Bəzi yerli istehsal daha çox daxili istehlak üçün yönəldilibsə, bu keyfiyyətdə olan məhsulun dünya bazarlarında özünə yer qazanacağı çətin olacaq.
Və bundan başqa islahatın nəticəsi kimi kənd təsərrüfatında müxtəlif dövlət proqlamları qəbul edilməlidir. Məxsusi olaraq, hədəfli dövlət proqramları nəticəsində asılı subsidya mexniziminin tətbiqinə başlanılmalıdır. Əvvəlki dövrlərdə kənd təsərüfatında subsidyalaşma daha çox peşə sahəsini əhatə edirdi. Və bu nöqsanlar demək olar ki, kənd təsərüfatının inlişafını əngələyən əsas məsələlərdən biridir. Hansısa intensiv inkişaf gözə dəymirdi. Əsas məqamlardan biri də ondan ibarətdir ki, artıq biznes istiqamətində məhsula subsidiyanın verilməsi işin kefiyyətinin qiymətləndirilməsini gündəmə gətirib. Bu hələki ciddi nəticə verməsə də, əvvəlki dövrlərlə müqayisədə müəyyən impulslar görünür.
Azərbaycanın ərzaq təhlükəsizliyi güclənir. Bazara çıxarılan aqrar məhsulların həcmi artır.
Ümumiyyətlə, bu istiqamətdə işlərin genişləndirilməsi, aktivliyin artırılması məqsədi ilə sənaye məhəlləri və aqroparkların yaradılması prosesi daha da sürətlənib.
Bu da regionlarda sahibkarlıq peşə kurslarının dəstəklənməsinə müsbət təsir göstərir. İndiki məqamda məlum istiqamətdə fəaliyyətlər tamamlanmayıb. Görüləsi çox işlər var. Bunlar çox həssas məsələlərdir. Dövlət ixracatla bağlı üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməlidir.
Eyni zamanda investisiya axının regionlara istiqamətləndirilməsi, Azərbaycanın investisya zonalarına çevrilməsi müsbət məqamdır.
Amma xarici və daxili investisyanin narahat edən əsas məsələlərdən biri məhkəmə institutunun şərh edilməsi və yenilənməsi istiqamətində görülən işlərdir.
Son zamanlar neftin ucuzlaşması bu sahənin vacib olduğunu sübut etdi. Manatın devalvasiyasından sonra qeyri-neft sektoruna diqqət artırılmağa başlandı. Bu müddət ərzində nisbətəndə olsa irələmələr baş verdi. Hazırda dövlətin strateji yol xəritəsinə diqqət göstərsək, bu sahədə inkişafı müşahidə edə bilərik. Bu sahənin inkişafı əhəmiyyətli dərəcədə vacibdir”.
Kənan Eynuroğlu