Öz ağılları ilə guya əzələ göstərirlər
07:37 15.03.2018
Arxiv
863
Ermənilərin işğal etdikləri ərazidə keçirdikləri təlim gülüş doğurur
Ermənistan Silahlı Qüvvələri işğal etdikləri Azərbaycan torpaqlarında hərbi təlimə başlayıb. Düşmən ordunun təlimləri qoşunların qarşıdurma xəttinin Ağdam istiqamətində keçirilir. Təlim zamanı zirehli texnika və artilleriya qurğularından istifadə edilir. Atəş səsləri cəbhəyanı ərazilərdə aydın eşidilir.
Politoloq Natiq Mirinin sözlərinə görə, ermənilərin hərbi təlim keçirməsinə səbəb Azərbaycan ordusunun keçirdiyi genişmiqyaslı təlimlərin erməni cəmiyyətində yaratdığı xofdur:
"Ordumuzun təlimlərinə 25 000 nəfərədək şəxsi heyət, 250-dək tank və digər zirehli texnika, 1000-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 50-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunub.
Ermənistan isə bu səviyyədə hərbi təlim keçirmək qüdrətində deyil. Onların atdığı bu addım ictimai rəyə hesablanıb.
Daxildəki gərginliyi və Qarabağdakı erməniləri sakitləşdirmək üçün adekvat təlimlər keçirmək istəyirlər. Ancaq onların keçirdiyi kiçikhəcmli təlimlər heç bir halda qüdrətli Azərbaycan ordusunun keçirdiyi təlimlərlə müqayisəyə gələ bilməz. Hətta Dağlıq Qarabağda hərbi əməliyyatlar başlasa da, erməni ordusu Azərbaycan Silahlı Qüvvələrinin qarşısında bir həftədən artıq duruş gətirə bilməz. Bu cür acizanə təlimlərlə Azərbaycana qarşı "əzələ” nümayiş etdirirlər. Halbuki Ermənistan siyasi dairələrində, ictimai rəydə və Ermənistana havadarlıq edən ölkələrdə belə bu təlimlər ciddi qəbul olunmur”.
N.Mirinin sözlərinə görə, Ermənistan Silahlı Qüvvələri işğal etdikləri Azərbaycan torpaqlarında hərbi təlim keçirməsi ilə bağlı rəsmi notalar verilsə belə bunun bir faydası olmayacaq. Etiraz müraciətləri etməkdənsə, Azərbaycan ordusu lokal müharibələrə başlayıb bir neçə yaşayış məntəqəsini azad etsə, daha yaxşı olar.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsveçrədə yüngül təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
20:53 16.09.2026
Dünya
Azərbaycan səfiri Lavrovun müavini ilə görüşüb
20:38 16.09.2026
Gündəm
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
20:28 16.09.2026
Dünya
Uşaqlar yatmazdan əvvəl ekrandan uzaq tutulmalıdır
20:21 16.09.2026
Sağlamlıq
Fransada yanacaq təchizatında problemlər yaranıb
19:50 16.09.2026
Dünya
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə